İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

Tezadlar.az CNN-ə istinadla məlumat verir ki, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirdiyini bildirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rafah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir. Şəhər ətrafında döyüşlərin getdiyi bildirilir.

Təəssüflər olsun ki, hər iki tərəfdən təlafat hər gün qeydə alınır.

Y.Məmmədli