TƏZADLAR

                           
Artıq bizdə iki cür boşanma var: ərdən boşanmaq, bir də əri "boşamaq"

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2012

»
«

January

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
tezadlar@gmail.com

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


"Türkiyə və Azərbaycan diasporu bir çox məsələlərdə vahid mövqe nümayiş etdirir" ( 2010-06-05 )

"Türkiyə və Azərbaycan diasporu bir çox məsələlərdə vahid mövqe nümayiş etdirir"

 

Vüqar Zifəroğlu: "Zaman Türkmənistan və özbəkistanın da qarşısında bu inteqrasiyaya qoşulmaq vacibliyini qoyacaq"

 

Oğuz Araşdırmalar Mərkəzinin sədri, filologiya elmləri namizədi, geosiyasi analitik Vuqar Zifəroğlu türk dövlətləri arasında qurulan əlaqələr, Türkiyənin Cənubi Qafqaz siyasəti, Dağlıq Qarabağ məsələsində türk dövlətləri beynəlxalq arenada birgə mövqedən çıxış edə bilərmi, vahid türk diasporunun yaranması perspektivləri realdırmı, bu və ya digər mövzuda sualları cavablandırıb.

 

- Vüqar bəy, hazırda türk dövlətləri arasında gedən siyasi-iqtisadi və mədəni əlaqələri necə dəyərləndirirsiniz?

- Hal-hazırda türk dövlətləri arasında mədəni və siyasi-iqtisadi inteqrasiyanın tam mənası ilə getməsi barədə danışmaq hələ tez olmasına rəğmən, ayrı-ayrı türk dövlətləri arasında yaxınlaşmalar göz önündədir. Dünyada gedən proseslər milli-etnik kökü yaxın olan dövlətlərin bir-biri ilə yaxınlaşmasını vacib şərtlərdən birinə çevirməkdədir. Eyni zamanda türk dövlətlərinin oxşar problemləri və yerləşdikləri məkan bu yaxınlaşmanı zəruri edən amillərdəndir. Bu gün bizim bir-birimizə ehtiyacımız var. Sevindirici haldır ki, bunu gün keçdikcə daha yaxından anlayırıq. Əminliklə demək olar ki, Orta Asiyada yerləşən digər türk dövlətləri də yaxın gələcəkdə bu gün Qazaxıstanın türk birliyinin yaradılması istiqamətində sərgilədiyi münasibətə oxşar münasibət göstərəcəklər.    

- Bu yaxınlarda bildiyiniz kimi, Türk Dövlətləri Parlament Assambleyası (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan) yarandı. Ancaq cox təəssüflər olsun ki, qardaş Türkmənistan və özbəkistan dövlətləri bu ideyanı dəstəkləmədilər. Nə vaxtsa onların da birlik təşəbbüsünə qoşulması gözlənilirmi?

- Şübhəsiz. Sadəcə, bu bir qədər zaman alacaq. Orta Asiya dövlətləri arasında yalnız Qazaxıstanın sərgilədiyi mövqe ilə türk dövlətlərinin inteqrasiyasına böyük töhfə verir. Artıq Qırğızıstan da bu inteqrasiyaya cəlb olunmaqdadır. Zaman Türkmənistan və özbəkistanın da qarşısında bu inteqrasiyaya qoşulmaq vacibliyini qoyacaq. ümumiyyətlə, türk dövlətləri birliyinin yaranması, əsasən də Orta Asiyada yerləşən türk dövlətlərinin Rusiya və Qərblə manevr imkanlarını genişləndirən amildir. Ən azı bu amilə görə onlar belə bir inteqrasiyanın getməsində maraqlıdırlar. Digər tərəfdən, demək olmaz ki, Türkmənistan və özbəkistan bu ideyanı dəstəkləmədilər. Sadəcə, onlar bu zirvəyə ən yüksək səviyyədə qatılmamaqla, bir növ, gözləmə, müşahidə mövqeyində olduqlarını ortaya qoydular. Bu, heç də ideyanı dəstəkləməmək anlamına gəlməz. Unutmamalıyıq ki, Orta Asiyada hələ də kifayət qədər güclü olan Rusiya faktoru var. İstər Türkmənistanda, istərsə də özbəkistanda bu təsir daha güclüdür. özbəkistanın öz təbii qaz yataqlarını 15 illik Rusiyaya icarəyə verməsi heç də az şeydən xəbər vermir. Eyni zamanda bu dövlətlər hələ də bir çox prinsipial məsələlərdə öz mövqelərini tam olaraq müəyyənləşdirməyiblər.     

- ümümiyyətlə, türk dövlətlərinin birlik modelini neçə görürsünüz?

- İlkin halda, türk birliyi türkdilli dövlətlərin bir araya gəlməsi ilə Avropa Birliyi modelində birləşməsini nəzərdə tutan bir birlik ola bilər. Bu cür birliyin yaranması həm mənəvi, tarixi baxımdan əsaslandırılmış olacaq, eyni zamanda da iqtisadi cəhətdən özünə dəstək tapacaq. Məsələn, enerji sektoru belə bir birliyin yaradılması üçün mühüm rol oynaya bilər. Belə bir birliyin yaranması təbii olaraq Yaxın Şərq və Orta Asiyada yeni siyasi mənzərənin yaranmasına gətrib çıxaracaq. Zəngin iqtisadi potensiala və eləcə də enerji qaynaqlarına malik milli-etnik, eləcə də dini soy birliyinə əsaslanan birlik, yeni bir güc mərkəzinin formalaşması demək olar. Belə bir birliyin yaranması isə istər Qərb, istərsə də Rusiyanın arzu etmədiyi bir haldır.

- Vahid türk diasporunun yaranması perspektivlərinə neçə baxırsınız? ümumiyyətlə, belə bir ideyanın yaxın illərdə reallaşması mümkündürmü?

- Vahid türk diasporunun yaradılmasının reallaşması təbii ki, oxşar problemləri olan türk dövlətlərinin mənafelərinin qorunması baxımından çox yaxşı olardı. Zatən, bu gün Türkiyə və Azərbaycan diasporu bir çox məsələlərdə vahid mövqe və xətt nümayiş etdirir. Yəni bu iki türk dövlətinin diasporası demək olar ki, bütünləşib. O ki qaldı digər türk dövlətlərinin, Orta Asiya respublikalarının diasporalarının da bu xətdə birləşməsinə, bu indi bir qədər çətin olsa da, gələcəkdə belə bir reallığa ümid etmək olar.

- Bu gün bəzi araşdırmaçılar, siyasi analitiklər Azərbaycan türk dünyası arasında mərkəz rolunu oynadığını bildirirlər. Azərbaycanın potensialı buna imkan verirmi?

- Azərbaycanın potensialı nəinki türk dünyası arasında mərkəz rolunu oynamağa, hətta birliyin təmin edilməsi üçün katalizator olmasına da imkan verir. Unutmaq olmaz ki, türk dünyasının inteqrasiyası ilə bağlı son ciddi zirvə toplantıları məhz Azərbaycanda keçirildi. Bu istiqamətdə yaradılmış bir çox təşkilatların mərkəzi ofisləri Azərbaycanda yerləşir. TüRKSOY-un yaradılmasında Azərbaycanın oynadığı rol son dərəcə böyükdür. Türk dünyası liderlərinin keçən il keçirilən 9-cu zirvə toplantısı bir çox prinsipial qərarları ilə yadda qaldı və türk dövlətləri arasındakı münasibətlərdə yeni səhifə açdı. Və bu prinsipial əhəmiyyətə malik zirvə toplantısı Naxçıvanda, Bakıda keçirildi. Bu sadalananların hamısı Azərbaycanın dövlət səviyyəsində türk dövlətləri arasında inteqrasiyaya nə qədər ciddi önəm verməsindən və real konkret addımlar atmasından xəbər verir.

 

Söhbətləşdi: Elnur Eltürk,

"Təzadlar"  qəzetinin xüsusi müxbiri


      
Bu xəbər 458 dəfə oxunub.
Ən son Yeniliklər
 Gəncə məhkəmələrində itən ümidlər
 Hərbçi qətiyyəti
 Azərbaycanın dünyada artan nüfuzu
 Zabratda qalmaqal
 Buna yekəxanalıq deyək, yoxsa...
 Avtomobillərin texniki baxışında yenilik
 Son bir ildə Azərbaycanda boşanmaların sayı niyə birdən-birə 19% artıb?
  "Hər şey yaxşı olacaq"
 Xəzər rayon Prokurorluğunda özbaşınalıq
 Qənirə Paşayeva: “Fransa həmsədrlikdən getməlidir”
 Elmar Məmmədyarov Çin səfirini qəbul edib
 “Fransa ilə əlaqələrə yenidən baxılmalıdır”
 Ülviranın ərini bıçaqlamadılar, o, özünü bıçaqladıb...
 Fransa Senatı müzakirələrə başladı
 İsveçdə fəaliyyət göstərən diaspor qurumları bir araya gəldi
  Hakim Sevil Məmmədovadan etiraz
 "Senatın qərarı Türkiyə məclisi tərəfindən Xocalı soyqırımının tanınmasını tezləşdirə bilər"
 Təbrik!
 "Fransa məsələsində Azərbaycanın mövqeyindən çox razıyam"
 İranın öldürmək istədiyi direktor kimdir?
 Nəqliyyat Nazirliyinin müfəttişi niyə döyülüb?
 "Ermənistanın işğalçılıq siyasəti onu təcrid vəziyyətinə gətirib"
 "Azərbaycan ədəbiyyatı Çingiz Abdullayevin timsalında dünya ədəbiyyatında özünəməxsus yeri tutub"
 Azərbaycanın Küveytdəki Səfirliyi 20 yanvarla bağlı tədbir keçirib
 Valideyn-Müəllim Assosiasiyası, yoxsa yeni pul tələsi?
 
 
Copyright © 2006 Təzadlar