"Hərəkət şəkər xəstəliyinin düşmənidir" ( 2009-02-24 )

"Hərəkət şəkər xəstəliyinin düşmənidir"

 

Rəxşanə Süleymanova: "Hərəkətsiz həyat tərzi, ayaqüstü yeməklər, xüsusilə "McDonald s" yeməklərinin tərkibi insanlarda, əsasən də piylənmə əmələ gətirir ki, bu da şəkər xəstəliyinə səbəb olan amillərdəndir"

 

Elm və texnika nə qədər inkişaf etsə də, XXI əsrdə də bəşər insanı bir çox xəstəliklərin əlində aciz qalıb. Belə xəstəliklərdən biri də getdikcə artan şəkər xəstəliyidir. Düzdür, bu xəstəliyin çoxsaylı müalicə üsulları, dərmanları olsa da kökünü hələ tam kəsmək mümkün olmur və şəkərli xəstələr də bu müalicələrlə həyatda uzun müddət yaşayırlar. Şəkər xəstəliyi ilə yanaşı qan təzyiqi, zob xəstəlikləri də geniş yayılıb. Maraqlıdır, bu xəstəliklər nədən yaranır, onun hansı müasr müalicə üsulları var, ümumiyyətlə bu xəstəliklərə yoluxmamaq mümkündürmü və s. Bütün bu suallara cavab almaq məqsədi ilə "ömür" klinikasının həkim-endokrinoloqu Rəxşanə Süleymanova ilə görüşdük. Gənc olmasına baxmayaraq, öz peşəsinə vurğun olan, bacarıqlı həkim kimi ad çıxarmış, xəstələrin sevimlisinə, mənəvi dayağına çevrilən Rəxşanə xanım həm də öz natiqlik qabiliyyəti ilə bizi təəccübləndirdi. Balıq özünü suda necə hiss edirsə, Rəxşanə xanım da öz peşəsindən, xəstəliklərin müalicə üsullarından və qorunmasından elmi yollarla elə rahat, rəvan danışırdı ki... Beləliklə müsahibimiz həkim-endokrionloq Rəxşanə Süleymanovadır.

 

- Rəxşanə xanım, sizə ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?

- Bizə bir çox xəstiəliklərlə bağlı müraciət edirlər. Bu müraciətlər ən çox endokrinoloji xəstəliklərlə bağlı olur. Bunlara şəkərli diabeti, "ijok", sonsuzluq, kişi-qadın problemləri, piylənmə, böyrək, zob xəstəliklərini və s. göstərmək olar. Ən çox isə şəkərlə bağlı müraciətlər edilir.

- çox yayılmış bu şəkər xəstəliyinin müalicə proseduru sizin klinikada necə keçirilir?

- Bizə müraciət edən ən çox xəstələr həqiqətən də şəkər və piylənmə ilə bağlıdır. Və bu sahədə müalicə "ömür" klinikasında digər klinikalardan fərqli şəkildə aparılır. Burada müalicə ən çox təbii yollarla həyata keçirilir. Bitkilərlə, təbii       yollarla, bağırsağın təmizlənməsi, qanın yuyulması, toklarla və s. üsullarla xəstəlikləri müalicə edirik. Bu prosesdurların üstün cəhətləri odur ki, sırf xəstəliyə təsir edir və bədənə çox az, yəni minimal təsir göstərir. Bu zaman xəstələrdə reabilitasiya daha yaxşı gedir, şəkər qanda normallaşır. Təbii yollarla müalicə yaxşı effekt verdiyindən bu üsula daha çox fikir veririk.

- Oxucularımız üçün bir az da aydın olsun deyə, təbii yollarla müalicənin konkret nədən ibarət olduğunu mümkünsə bir az da geniş açıqlayardınız...

- Təbii yollarla müalicə dedikdə, əsasən bitkilərlə müalicə nəzərdə tutulur. Bizə müraciət edən xəstələr ən müasir aparatlarda tam müayinədən keçirlər. Müayinədən sonra hansı problem çıxarsa, ona uyğun da bitkilərdən tərkib hazırlanır. Məsələn, qaraciyərdə problem varsa, böyrəklərdə duzlaşma aşkar olunarsa, öd kisəsində durğunluq, daşlar olarsa və şəkər yarada biləcək başqa problemlər özünü göstərərsə, bunlar analiz edilir. Analizin nəticəsinə uyğun olaraq, hər xəstəliyə hansı bitki daha yaxşı effekt verərsə, ondan tərkiblər hazırlanır. Paralel olaraq, toklarla müalicə olunur. Ayaqlarda keyləşmə varsa, ona qarşı müalicə tətbiq edilir. Müxtəlif vannalarımız, qan dəyişmə, ozon-terapiyası var. Bu terapiya qanda xolesterini və şəkəri normallaşdırır, arterial təzyiqə, qanın laxtalanmasına çox müsbət təsir gösətirir. Birbaşa bədənin immunitetini möhkəmləndirən bir prosesdurdur. Həmçinin zəlidən də istifadə edirik. Zəlilər qanda xolestirinin, şəkərin normallaşmasına, qaraciyərin piylənməsinin qarşısının alınmasına, arterial təzyiqə müsbəti təsir göstərir. Daha sonra boyunda  osteoxondrozun müalicəsinə, ayaq ağrılarında və qanda iltihab olanda zəlilərlə müalicə çox yaxşı effekt verir. Bu prosedurlardan başqa imalə-gidrokola deyilən terapiya var ki, bu da müalicəyə yaxşı kömək edir. Bu müalicə üsulu Azərbaycanda ilk dəfə "ömür" klinikasında tətbiq olunub və bundan sonra digər klinikalar da istifadə ediblər. İmalə-gidrokola terapiyası nə deməkdir? Bildiyiniz kimi sadə imalə hamıya məlumdur və 5-10 dəqiqə aparılır. İmalə-gidrokola terapiyada isə ozonlaşdırılmış məhlulla 30-40-dəqiqə ərzində bağırsaqlar yuyulur. Bu yolla bağırsaqda illərlə yığılıb qalmış çöküntülər, şlaklar ən gözəl və ən müasir üsulla təmzlənir, nəticədə bədən olduqca gümrahlaşır. Bu avadanlıq Almaniyadan gətirilmişdir. Belə üsul həm şəkərli, həm də sağlam insanlara çox yaxşı təsir göstərir.

- Rəxşanə xanım, şəkər xəstəliyi son illər Azərbaycanda çox geniş yayılıb. Bunun yayılması səbəbləri və ilkin əlamətləri barədə xahiş edirik məlumat verəsiniz...

- Doğrudan da şəkər xəstəliyi son illər geniş yayılıb. Xəstəliyin səbəbləri çoxdur. Urbanizasiya, hərəkətsiz həyat tərzi, ayaqüstü yeməklər şəkər xəstəliyinə səbəb olan amillərdir. "McDonald s" yeməklərinin tərkibi insanlarda, əsasən uşaqlarda piylənmə əmələ gətirir ki, bu da şəkər xəstəliyinin yaranmasına səbəb olan vasitələrdir. Bundan başqa oturaq iş tərzi, normal yuxunun olmaması, uşaqların kompüterlə çox məşğul olması bədəndə elə dəyişikliklər yaradır ki, bu da gətirib şəkərli diabetə çıxarır. Daha sonra infeksion xəstəliklər, daimi stresslər də şəkər xəstəliyiynə səbəb olur.

Şəkər xəstəliyinin qarşısını almaq üçün göstərdiyim səbəbləri aradan qaldırmaq vacibdir. Hərəkəti artırmaq lazımdır. Bu zaman şəkərin qanda miqdarı aşağı düşür. Biz şəkərli xəstələrə adətən çox hərəkət etməyi məsləhət görürük. çoxlu hərəkət bir növ şəkər xəstəliyinin düşmənidir. Açıq havada olmaq, dəniz havası udmaq da çox faydalıdır. Bundan başqa hər insan yemək rejiminə düzgün əməl etməlidir. Meyvə, tərəvəz məhsullarına yeməkdə üstünlük vermək vicibdir. Yağlı qidalardan qaçmaq, ev yeməklərinə üstünlük verilməlidir. Kələm, kök, çuğundurdan və bitki yağlarından çox istifadə etmək məsləhətdir. İnsanlar infeksion xəstəliklərdən də qorunmalıdırlar. Həmin xəstəliklər mədəaltı vəzin hüceyrələrinə dərhal təsir göstərir ki, bu da nəticədə şəkər xəstəliynə gətirib çıxara bilər. Bədənin immunitetini daima möhkəmləndirmək üçün idmanla məşğul olmaq, aktiv həyat tərzi keçirmək lazımdır ki, bunlar da xəstəliyin qarşısının alınmasına yönələn addımlardır. Ən vacibi isə mümkün qədər piylənmədən qaçmaqdır.

- Endokrinoloji xəstəliklər sırasına zob da aiddir. Bu da Azərbaycanda geniş yayılmış xəstəliklərdən biridir. Xahiş edirik bu barədə də məlumat verərdiniz ki, görək zob xəstəliyinə səbəb olan amillər nədir?

- Başqa yerlərdə olduğu kimi Azərbaycanın da müəyyən bölgələrində yod çatışmamazlığı mövcuddur. Məsələn, Şəki, Zaqatala, Balakən rayonlarında bu problem özünü daha çox göstərir. Həmin ərazilərdəki torpaqda, havada, suda yod çatışmamazlığı hiss olunur. İnsandakı qalxanvari vəzin fəaliyyəti də birbaşa yod mikroelementi ilə bağlıdır. Yod çatışmamazlığında qalxanvari vəzdə böyümə gedir ki, bu da orqnaizmin yodla təminatında problem yaradır. Orqanizmin gündəlik 200 milli qram yoda təlabatı var. Yod çatışmayanda isə qalxanvari vəz yükləmə ilə işləyir ki, bədəni yodla təmin eləsin. Nəticədə bu qalxanvari vəzin böyüməsinə və çatışmamızlığına səbəb olur.Bu isə qalxanvari vəzdə düyünlərin yaranmasına gətirib çıxarır. Nəinki adını çəkdiyim bölgələrdə ümumiyyətlə, Azərbaycanda yod çatışmamazlığı problemi var. Ona görə də məsləhət görərdim uşaqlar, böyüklər, hamilə qadınlar daima yod preparatları qəbul etsinlər ki, orqanizm gündəlik tələbatı olan 200 milli qram yodla təmin olunsun. Yəni yod tərkibli dərmanlar, vitaminlər var ki, onları yazda və payızda qəbul etmək çox vacibdir. Bu da zob xəstəliklərinin qarşısının vaxtında alınmasına kömək edər. Havadakı radiasiya da qalxanvari vəzin fəaliyyətinə mənfi təsir göstərir. ümumiyyətlə, qalxanvari vəz elə bir orqandır ki, o bədənin bütün fəaliyyətini tənzimləyir. Bədəndə hər hansı bir orqanda probelm olanda, bu da qalxanvari vəzin strukturuna təsir göstərir. Təcrubədə çox olub ki, qaraciyərdə və ya başqa orqanda olan bir problemi aradan qaldırmışıq, onda dərhal qalxanvari vəzin qandakı göstəriciləri də normaya düşüb. Ona görə də məsləhət görərdik ki, hər hansı bir xəstəliklə bağlı həkimə müraciət edən xəstə özünü kompleks şəkildə müayinə etdirsin. Yalnız bu zaman xəstəliyin effektli müalicəsindən danışmaq olar.

- Zob xəstəliyi özünü göstərməzdən qabaq siz onun əlamətini görüb təyin edə bilirsinizmi?

- Bizə hər hansı bir xəstəliklə bağlı müraciət edən xəstələri zobdan da müayinədən keçməsini tövsiyə edirik. Bildiyimiz kimi zob xəstəliyi iki cür olur. Biri zəhərli, o biri isə yod çatışmamazlığıdır. Biz bəzən xəstələrdə bunu görürük. Xəstə isə deyir ki, onda zob yoxdur. Amma müayinə zamanı məlum olur ki, artıq bu adamda prosses başlayıb. Qalxanvari vəzdə hormonların çatışmamazlığı olanda bədəndə piylənmə gedir. Xəstə pəhriz də saxlayır, lakin arıqlama getmir. Belə insanlar gün ərzində yorğun, halsız olurlar, gündüzlər yuxulayırlar, gecələr isə yuxuları pozulur. Saçları tökülür, dırnaqları sınır. Qəbizlik də ola bilər. Arterial təzyiqi aşağı düşür. Bu cür insanlar gərgin, əsəbi olurlar. Bunlar zob xəstəliklərinin-yəni qalxanvari vəzin çatışmamazlığının əlamətləridir. Qalxanvari vəzdə çatışmamazlıq normadan çox olanda, buna el arasında zəhərli zob deyirlər. Bu zaman insan arıqlayır, əlləri əsir, yuxusu da pozulur, hər şeydən qıcıqlanır. Belə xəstələr həddindən artıq kövrək olurlar, tez-tez ağlayırlar. Bütün bunların qarşısını almaq üçün həkimə vaxtında müraciət etmək lazımdır. Qalxanvari vəzdə olan problemlər birbaşa cinsi orqanlara təsir göstərir.Belə ki, insanlarda sonsuzluq əmələ gəlir. Xəstəlik müalicə olunandan sonra isə, sonsuzluq da aradan qalxır.             

- Rəxşanə xanım, zob xəstəliklərində də cərrahiyyə üsulu olmadan, təbii yollarla müalicə üsullarından istifadə edirsinizmi?

- Mənim fəaliyyətim dövründə cəmi iki xəstəni cərrahiyyəyə ehtiyacı olduğunu məsləhət görmüşəm. Qalan yüzlərlə xəstəni təbii yollarla müalicə etmişəm. Düzdür, təəssüf doğuran haldır ki, bəzi həkimlər zob xəstəliyində cərrahiyyəyə daha çox üstünlük verirlər. Xəstəni tam yoxlamadan cərrahiyyə üsuluna qaçmaq Azərbaycanda demək olar ki, baş alıb gedir. Bu, çox acınacaqlı haldır. Əslində zob xəstəlikləri müalicəyə çox yaxşı tabe olan xəstəlikdir. Həm dərmanlarla, həm də təbii yollarla bu xəstəliyi tam müalicə etmək olur. Xəstəliyin müalicəsində üzərlikdən də istifadə edirik. Bağırsaqların yuyulması, bədənə gedən şlakların təmizlənməsi yaxşı effekt verir.Məsələn, qaraciyərdə olan problemi bitkilərlə təmizləyəndə, bunun fonunda qalxanvari vəzin funksiyası da qaydaya düşür...

- Qan təzyiqi də sizin məşğul olduğunuz sahələrdəndir. Bu xəstəliyin də yaranma və müalicə üsulları barədə məlumat verməyiniz yaxşı olardı.

- Qan təzyiqi sərbəst bir xəstəlik kimi arterial hipertenziya, yəni başqa orqanların xəstiliyi ilə bağlı meydana çıxır. Biz qan təzyiqi ilə bağlı müraciət edən xəstələrdə ilk növbədə müayinə yolu ilə onun səbəbini öyrənirik. Arterial təzyiq böyrəklərdə, qaraciyərdə olan problemlərdə, damarda olan xəstəliklərlə yəni ateresklerozla bağlı ola bilər. Bəzən qanda xolestrininin çoxluğu da arterial təzyiqin artmasına gətirib çıxarır. Bu xəstəliyin müalicəsini də təbii yollarla aparırıq. Elə bitkilər var ki, birbaşa arterial təzyiqə təsir göstərir. Bitkinin sidikqovucu təsiri olur, böyrəkləri təmizləyir və bunun fonunda arterial təzyiq də qaydaya düşür. Bununla yanaşı ozon-terapeya da aparılır. Ozon üçatomlu oksigenlə nəfəs almaq, birbaşa qanın ozonlaşmasına səbəb olur ki, bu da xəstəliyin müalicəsinə çox müsbət təsir göstərir. Bununla qanın laxtalanması düzəlir və hemoqlobinin oksigenlə zənginləşməsi baş verir ki, bu da toxumalarda oksigen bolluğunu bərpa edir. Nəticədə xəstə özünü çox gümrah hiss etməyə başlayır, nəfəsalma yaxşılaşır ki, bu da ozon-terapiyanın təsiridir. Bundan başqa zəlidən, imalə üsulu ilə bağırsaqların yuyulmasından da istifadə edirik. Lap qədimdən sübut olunub ki, arterial təzyiqi, bel ağrıları olan insanları imalə etmək hərarəti aşağı salır. Bundan əlavə bizdə olan iynəbatırma üsulu, xüsusi masajlar, vannalar da arterial təzyiqin aşağı salınmasına təsir göstərir. Yeri gəlmişkən deyim ki, çexiyada olan Karla Vara sanatoriyasında aparılan bütün müalicə üsulları bizim "ömür" klinikasında var. Klinikanın direktoru Gülnarə Sultanqızı orada olmuş və müqayisə aparmışdır. Məlum olub ki, bizdəki müalicə üsulları bütünlüklə Karla Vara sanatoriyası səviyyəsindədir. Bütün müalicə üsullarının, tokların, ozon-terapiyanın və digərlərinin kompleks şəkildə bir klinikada cəmlənməsi dünyada çox nadir haldır.

 

Söhbətləşdi:

Elçin MƏMMƏDLİ


      
Bu xəbər 6270 dəfə oxunub.