TƏZADLAR

                           
Azərbaycan kişiləri Rusiyada təbii, türk həkimləri isə Azərbaycanda süni maylanma ilə məşğuldur...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2014

»
«

October

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
tezadlar@gmail.com

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yiyəsizlik ( 2012-01-07 )

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yiyəsizlik

Təhsil Nazirliyinin rəhbərliyi bu təhsil ocağında baş verənlərə ciddi nəzər yetirməlidir... 

Qazaxda, necə deyərlər, hayı-küyü hər yeri bürümüş ali təhsil ocaqlarından biri də Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialıdır. ötən 10 ildən artıq vaxt kəsimində bu təhsil ocağında hansı olaylar baş verməyib! 

İnstitut bərqərar olan gündən savadsız kadrlar, qəbuldan kənar tələbə axını, adını yaza bilməyən laborant toplantısı, daxilində dövlət qeydiyyatından keçməyən və savadsız beyinlilərə "təşkil olunan" tibb bacısı və mamaçalıq kursları və sairə təhsil sisteminin anarxiya dövründə burada geniş vüsət aldı. Hətta iş o yerə gəlib çatmışdı ki, institutun prorektoru İsmixan Abdullayev adlı şəxs öz katibəsiylə eyşt-işrətlə də məşğul olmağa vaxt tapmışdı. Təbii ki, təhsil yaddan çıxan təhsil ocağında bundan başqa nə ola bilərdi ki?!

***

Bəli, belə yerdə "Ala qarğa bala uçurda bilməzdi". Filial yarandığı gündən özünü təhsil naziri Misir Mərdanovun tələbə yoldaşı kimi qələmə verən dosent İsa Veysov institutda hansı oyunlardan çıxmadı! Hətta elə oldu ki, ən bahalı maşınını institutun həyətindən çıxararkən qapı dirəyinə vurmağından belə peşman olmadı, "Varlığa nə darlıq". O, üstündən bir gün keçməmiş ondan da bahalısını aldı. Qəribəsi bu  idi ki, direktor bütün işlərini əslən gürcüstanlı "balaca Alı" adı ilə tanınan Alı Sofiyevlə qurmuşdur və ona da yaxşıca inanırdı. çünki Alı gürcüstanlı olduğundan əvvəlcə abituriyentlərin adlarını Gürcüstandakı Aqrar, Texniki və.s. institutlara yazdırırdı (həmin dövrdə orada test üsulu yox idi, sonra isə İsa müəllimin adı ilə hallanan İnstituta "perevod" etdirirdilər. Məhz bu səbəbdən də bu yolla oradan qurtaranların diplomu İsa Veysovdan əyintilər olduğu üçün zorla əlindən alınırdı. çünki İsa Veysov diplomları gətirmək üşün uzun müddət nazirlikdəki köhnə dostları ilə "diplomatik" əlaqələrə girə bilirdi və "işini" görürdü. Bəli, İsa Veysov bu yolla Qazax mahalının ən pullu adamlarına çevrilmişdir. Bir qazaxlı kimi deyə bilərəm ki, indi iş o yerə çatmışdır ki, o, hər adama da salam vermir, icra başçılarının yığıncaqlarında bəzən öz iddiasından da qalmır. çünki...Ona görə ki...

***

 Lakin institutda hamıya güc gəlsə də, təkcə instititun dil-ədəbiyyat müəlliməsi Qiymət Bağırovadan çəkinir. çünki Qiymət xanım İ.Veysovun savadına, işinə, əməllərinə və gücünə də yaxşı bələd idi. Axı, "usta oğuldan nə şəyird çıxası idi?"

İsa Veysov imtahan sessiyalarında tələbələrdən gələn gəlirləri tək yeməyin üstündə həmişə pedaqoji kollektivlə üz-göz olub. Onun haqqında mətbuatda yalnız tənqidi nöqteyi-nəzərdən fikir irəli sürülüb. Yeri gəlmişkən, onu rus dilini kifayət qədər bilmədiyi halda həmin dildə müdafiə etməsini, bir neçə il bundan əvvəl dosent olduğu halda, iş otağının üstünə "professor" sözünü yazdırması belə onun alimliyindən çox şəxsi mənəmliyindən və özünü sevməyindən xəbər verirdi.

Danılmaz faktlar göstərir ki, ötən yayın sonunda institutun pedaqoji təcrübə rəhbəri olan  Sevda İskəndərova da direktorun sayəsində özünü dilə-dişə salıb. Məsələn, hələ də Qazax-Ağstafa bölgəsində ən dəbdə olan şadlıq sarayı  "Sezar"da qızına toy mərasimində super pul xərcləyən rəhbərin rayon yerində təkcə  musiqiçilərə 20 min manat pul xərcləməsi də həmin dövrdə hüquq-mühafizə orqanlarının gözündən yayınmamışdı. Adi bir təcrübə rəhbərində bu qədər vəsait haradan idi?

***

 Qazaxda və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında hamı bilir ki, direktor İsa Veysovun yaxın qohumları Təhsil Nazirliyində çalışır. Hələlik adlarını çəkmək istəmədiyimiz iki tələbə hazırda İ.Veysovun saxta diplomunun altını çəkənlərdəndir. Mərəkə isə hələ də bitib-tükənmir. İnsafən, burada valideynlərin nə günahı var? Bir saxtakarlığı ki, alim törətsin, savadsız neynəməlidir? Dədə-babadan hamı qaziyə, mollaya inanıb... Aldığımız məlumata görə vaxtilə bir-birinin başına and içdikləri, birgə saxta iş qurduqları Alı Sofiyevlə İsa Veysov arasında dostluq indi bu diplomların hesabına düşmənçiliyə çevrilib. çünki tələbələrdən "perevod" üçün A.Sofiyevin yığdığı təxminən 50 min manatdan çox pul nazirliyin saxta diplomlara qarşı apardığı kampaniyada işə yaramır. Alı Sofiyevdən pullarını istəyən valideynlər onun  Qazax şəhərində tikdirdiyi 100 min manatlıq mülkünün hərraca çıxarılmasına da nail olublar. Onun isə İsa Veysovdan inciməyə haqqı çatır. çünki "dost-dosta tən gərək, tən olmasa gen gərək". Yəni, həm də tələb olunanda arxa durmalıdır.

***

Qazaxda nəşr olunan bir qəzet yazıb ki, İsa Veysovun oğlu Veys Veysov Qazaxın "çınar dibi" adlanan ərazisində 2002-ci il noyabrın 13-də Sabir Hacıyev adlı şəxsi öz minik avomobili ilə vuraraq öldürüb. çox keçməyib ki, saxta diplom kimi ört-basdır edilən bu ölüm hadisəsindən sonra isə Veys Veysov Ağstafa Rayon Polis Şöbəsinə məsul vəzifəyə irəli çəkilib, ona leytenant rütbəsi verilib. Bir sözlə, adam öldürən polisdə vəzifə tutub. Deməli, cənab nazir R.Usubovu arada düzgün məlumatlandırmayıblar, mənası pis çıxsa da, aldadıblar. ölən adamın qəbirüstü abidəsindəki şəklini isə hələki etika xatirinə dərc etmirik. Qohumlarının hələ də yana-yana danışdığı hadisəni də.

Qarşı tərəf olan İ.Veysovun və ya V.Veysovun da fikirlərini dərc etməyə hazırıq. çünki dünən Ağsafa RPŞ-yə zəng edib V.Veysovla danışmaq istədik, yerində olmadığını dedilər. Redaksiyanını telefon nömrəsini qoysaq da, cavab zəngi olmadı.

Mövzuya qayıdacağıq. 

İlham Hacalı,

Qazax


      
Bu xəbər 1182 dəfə oxunub.
Ən son Yeniliklər
 Vicdan susa bilməz
 Sətirlərdə döyünən ürək
 Nuha (Nuxa), Şəki, Kiş dünyanın ən qədim məkanlarıdır
 Mühasib ömrü
 Qarabağ - xəyalım mənim...
 Qarabağ - görmədiyim, yalnız adını eşitiyim doğma vətənim
 Son nəfəsdə, qulaqları səsdə olan qocalar
 Əhliman Əmiraslanovun oğlunun "AzTürkMed" klinikasında ana və uşağı niyə ölüb?
 İlham Əliyev Türkiyəyə gedəcək
 Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış baş verib
 MİLLİ MƏCLİSDƏ AVROPA PARLAMENTİ MÜZAKİRƏLƏRİ
 Bəxtiyar Hacıyev prezidentə müraciət edib
 Bakıda yeni yol kompleksi istifadəyə verildi
 Misirdə prezidentliyə namizədin qərargahı yandırılıb
 “Eurovision-2012”-nin qalibi İsveç oldu
 İkinci yarımfinalın qalibləri seçildi
 "Azərbaycan 90-ci illərin əvvəllərində olan ölkə deyil"
 Qarabağda, Zəngəzurda və Naxçıvanda elan olunmamış müharibə...
 Layiq olduğunu qazanmaq şərəfi
 Qaraçay-Balkar türkləri milli səfərbəlik yolunda
 Su təsərrüfatındakı problemlər aradan qaldırılır
 Sapı özümüzdən olan baltalar
 Seysmik proseslər neft sektorunda hansı təsirə malikdir?
 Özünüzü saxta "Borjomi"dən qoruyun
  İkinci yarımfinalın qalibləri seçildi
 
 
Copyright © 2006 Təzadlar