booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edəcək.

“Türkiyə olaraq başda Azərbaycan olmaqla müxtəlif ölkələrdən Şimali Kiprə yüksək səviyyəli səfərlər təşkil edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R. T. Ərdoğan bildirib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək, eləcə də nümayəndə heyətləri ilə birgə görüşü olacaq.

Şimali Kipr xalqının suverenlik hüququna malik olduğunu vurğulayan R. T. Ərdoğan bildirib ki, Türkiyə Şimali və Cənubi Kiprin bərabər hüquqlarının tanınmasına tərəfdardır.

Türkiyə Prezidenti E. Tatarla bir çox təsislərin açılışında iştirak edəcəyini bildirib və Şimali Kipr Parlamentindən yeni müjdəsi olacağını deyib.

İki günlük səfərdə Türkiyə Prezidenti 20 İyul-Şimali Kipr Sülh və Müstəqillik Hərəkatının 47-ci ildönümündə iştirak edəcəyini və müsəlmanların Qurban Bayramını da orada qeyd edəcəyini bildirib.

R. T. Ərdoğanla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, digər partiyalardan nümayəndə heyətləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli də Şimali Kiprdə səfərdədir.

Azərbaycanlı parlamentarilərlə bərabər Şimali Kiprə Pakistan parlamentinin nümayəndə heyəti də səfər edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN