“Bizim münasibətlərimizin bir millət üç dövlətə doğru getdiyini düşünürəm”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar jurnalistlərlə görüşündə bəyan edib.

O, bu ölkəyə gələn azərbaycanlı nümayəndələrdən ibarət heyətlə görüşdüyünü və onlardan isti münasibət gördünüyünü bildirib. E. Tatarın sözlərinə görə, hazırda Bakı KKTC ilə münasibətləri inkişaf etdirməkdir.

“Azərbaycan bizim qardaş ölkəmizdir. Onların (Azərbaycanın millət vəkillərindən ibarət heyətin – red.) həm Qurban bayramı, həm də sülh və azadlıq bayramımızın 47-ci ilində bizimlə birlikdə olmaları bütün dünyaya mesajdır”, - deyə o bildirib.

E.Tatar Şimali Kiprdə hazırda minlərlə azərbaycanlının təhsil aldığını, universitetlərdə dərs keçdiyini, həmçinin vətəndaş kimi yaşadıqlarını bildirib.

Mətbuat konfransında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə tərrəddüd ediləcək bir şeyin olmadığını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu barədə danışıqlar aparıldığını bildirib.

“İnşallah, bu səfərlər çoxalacaq və ali səviyyədə davam edəcək”, - deyə Türkiyə prezidenti vurğulayıb.   

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA