booked.netbooked.net booked.net  

Uzun illər Azərbaycanın işğal olunmuş ərazilərində “Karabakh Telecom” fəaliyyət qurmuşdu. Yəqin xatırlayarsınız ki, müharibənin qızğın çağında, dəqiq desək, 2020-ci ilin oktyabr aylarında qondarma «DQR»ın saxta ”prezident”i  elan edən təxribatçı Araik Arutunyan “Karabakh Telecom”-u hərbçilərin köməyi ilə hərbi məqsədlər üçün ələ keçirərək özəlləşdirmişdi.

Sonradan ordumzun dəqiq zərbələri ilə qurumun fəaliyyəti dayandırıldı. Bəs bu qurumun son taleyi necə oldu? Multi-media üzrə tanınmış mütəxəssis Osman Gündüz məsələyə belə aydınlıq gətirdi:

- Həmin dövrədək “Karabakh Telecom”a livanlı Fatuş qardaşları- Pyer və Musa Fatuş ( Pierre i Mousa Fattouche) sahiblik edirdilər, Kanada ermənisi Qarnegi Odabaşyan da onu idarə edirdi. Təxminən 20 il ərzində (2002-ci ildən sonra) bu qurum ərazilərimzdə qanunsuz fəaliyyət göstərib. Baxıram ki, “Karabakh Telecom” indi də sakitcə Xankəndində və ətraf rayonlarda fəaliyyətini davam etdirir. Mobil internet, fiber optik və sabit şəbəkə üzərindən digər rabitə xdimətləri təklif edir. Ermənistanın bütün telekommunikasiya və internet şəbəkəsinə Rusiya şirkətləri rəhbərlik edir və güman ki, elə onların köməyi ilə də “Karabakh Telecom” yenidən Xankəndində telekommunikasiya xidmətlərini bərpa edə bilib. Amma bir maraqlı məsələ var. Görəsən bizim Baş Prokurorluq 20 il ərzində “Karabakh Telecom” şirkətinin qanunsuz biznesi ilə bağlı hansısa addımlar atırmı? Hazırda “Karabakh Telecom” hansı beynəlxalq rabitə resurslarından istifadə edir? Bu şirkət qanunsuz fəaliyyət göstərdiyi 20 il ərzində təxminən 15 milyon $ investisiya yatırmışdı, 70 baza stansiyası vardı, 100 mindən çox mobil istifadəçisi qeydiyyatdan keçmişdi. Azərbaycan hökumətinin uzun illər davam edən etirazlarına baxmayaraq şirkət Erməniustana məxsus beynəlxaq kodlardan və Beynəlxalq Telekommunikasiya İttifaqından qanunsuz olaraq əldə etdiyi mobil kodlardan istifadə edərək işğal olunmuş ərazilərimzdə fəaliyyət göstərib. Əgər Baş Prokurorluq Fatuş qardaşlarını axtarırsa, təxmini istiqamət verə də bilərəm, onlar adətən bütün dünyada işğal olunan ərazilərdə, beynəlxalq birliklərin tanımadığı ərazilərdə biznes qururlar. Güman etmək olar ki, onlar Krımdadırlar, 2014-cü ildə onların orada mobil rabitə biznesləri olub. Fikrimcə, Pyer və Musa Fatuş haqqında, yaxud elə indiki sahibi Arutunyan haqqında konkret bu məsələlərlə və Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı beynəlxalq qurumlara müraciət etmək doğru olardı…

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN