Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sərhəddə baş verən gərginliklə bağlı narahatlığını bildirib.

Məlumatda Ermənistan-Azərbaycan dövlət sərhədində bir neçə gündür gərginliyin müşahidə olunduğu qeyd olunub.

"Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycan tərəfinin hərbi qulluqçuları arasında həlak olan və yaralananlar olub. Ötən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin yenidən dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginliyi artırmaq cəhdlərini davam etdirməsi, insanların xəsarət alması halları bizi ciddi narahat edir. Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir. Tərəfimizdən mütəmadi olaraq beynəlxalq hüququn tələblərinin xatırladılması və insan hüquqlarına hörmət edilməsi məqsədilə edilmiş çağırışlara baxmayaraq, Ermənistan tərəfi bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsizlik nümayiş etdirir. Bir daha Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edirik"- deyə məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA