booked.netbooked.net booked.net  

 Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  koronavirusla bağlı bir çox məsələlərə aydınlıq gətirib: “Azərbaycandan xarici ölkəyə gedəndə iki tələb var. Birincisi, Azərbaycanın, ikincisi getdiyi ölkənin tələbidir”.

Daha sonra o qeyd edib ki, Azərbaycan vətəndaşı Azərbaycandan çıxırsa, COVİD pasportu varsa, PZR testinə ehtiyac yoxdur: “Amma qəbul edən ölkə PZR testi tələbi qoyursa, onda bu test olunmalıdır”.

Məlumdur ki, bu məsələ xaricə gedən vətəndaşlarımızı çox narahat edirdi. Bəzi hallarda qeyri-müəyyənlik bir sıra çətinliklər yaradırdı. Vətəndaş əsas tələbin nədən ibarət olduğunu bilmirdi və nəticədə müxtəlif pozuntulara yol verilir, saxta COVİD pasportu düzəldən dələduzların peyda olmasına şərait yaradırdı.

Şahmar müəllimin ikinci açıqlaması isə vaksinasiyanın məcburi olmaması ilə əlaqədardır: “Vaksinasiya məcburi deyil. Operativ Qərargah tərəfindən vaksinasiyanın icbari olması barədə məsələ qoyulmayıb”.

O bildirib ki, bununla yanaşı, bir çox sahədə icbarilik var: “Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.

 Qeyd edək ki, Prezident köməkçisinin bu məlumatının da əhəmiyyəti çox böyükdür və inanırıq ki, vətəndaşlarımız bu xəbəri sevinclə qarşılayacaqlar.Çünki, vaksinasiyanın məcburi olması müəyyən qrup insanlarda narahatçılığa səbəb olurdu. Vaksinasiya olunmayanların heç yerə,hətta mağazaya,bazara belə buraxılmayacağı barədə söz-söhbətlər gəzirdi. Özünü sağlam hiss edən, heç bir xəstəliyi olmayan insanın hərəkətinə məhdudiyyətlər qoymaq düzgün deyildi.

Bununla yanaşı, o qeyd edib ki, “Azərbaycanda COVİD xəstəxanalarında 10 mindən çox yatağımız var”.

Prezident köməkçisi onu da qeyd edib ki, dövlət tərəfindən kifayət qədər böyük işlər görülüb: “Bu gün hamımız bir olub peyvəndləməyə getməliyik. Normal həyata qısa müddətdə qayıtmaq üçün hamımız vaksinasiyadan keçməliyik”.

O, hamını sentyabrın 1-dən COVID pasportu əldə etməyə çağırıb.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN