booked.netbooked.net booked.net  

AzTV Mehriban Əliyevaya  “Bir görüşün xatirəsi” filmi həsr etmişdir.

Filmdə Birinci vitse-prezident və Birinci xanımı Mehriban xanım Əliyevanın son dərəcə sadə bir insan olduğundan, insanlara qayğısından bəhs edilir.

Məhz o, dəfələrlə köməyə ehtiyacı olan, xüsusi diqqət və qayğıya ehtiyac duyan insanlarla, ələxsus da uşaqlarla görüş zamanı nə dərəcədə səmimi və sadə biri olduğunu hər kəsə sübut edib.

Bəzən yüksək çinli bir məmurla bir görüş və ya onunla söhbət etmək deyəndə bunu çoxlarımız əlçatmaz bir hadisə kimi qəbul edirik. Əslində bu bir həqiqətdir ki, bəzi məmurlar özzlərindən aşağı səviyyədə hesab etdiyi insanlarla nəinki görüşmək,söhbət etmək, heç onlarla üz-üzə gəlmək belə istəmirlər. İnsanlarla insanlığına görə yox, məhz cəmiyyətdə tutduğu səviyyəsinə görə ünsiyyət quran yüksək çinli məmurlaır xalq heç zaman sevməyib, əksinə onlar cəmiyyətdə tənqid obyektinə çevriliblər.

Mehriban xanıım üçün isə bu keyfiyyətlər yaddır. Belə düşünmək olardı ki, tutduğu vəzifədən asılı olaraq, o da sadə insanlara yuxarıdan aşağı baxa bilər. Amma yox, Mehriban xanım hər şeydən əvvəl böyük hərflərlə yazılan İNSANDIR. Onun üçün hamı birdir: uşağı da,cavanı da,qocası da. Mehriban xanımın insanlara olan bu  sevgisi səmimidir,ürəkdən gəlir, başqalarının sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edir. Məhz onun bu sadəliyi, köməksiz insanlara qayğı göstərməsi  onu xalqın  sevimlisinə çevirib. Bəli, xalq Mehriban xanımı sevir.

Sabah xalqın sevimlisi, Mehriban xanımın doğum günüdür və Azərbaycan xalqı onun ad gününü səmimi qəlbdən təbrik edir və ən xoş arzularını bildirir.

Xatırladaq ki, Birinci xanıma həsr edilən “Bir görüşün xatirəsi” filmini avqustun 26-sı saat 21:30-da AzTV-də izləyə bilərsiniz. 

 

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN