“Ermənistan hakimiyyəti qoşunlarını Sovet sərhədlərinə çəkməsəydi, bu, fəlakətli bir səhv olardı”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bəyan edib.

Paşinyandan daha bir etiraf gəldi. O, açıq şəkildə bildirib ki, Ermənistan 44 günlük müharibədə yer üzündən silinməyə məhkum imiş, amma...

Paşinyanın sözlərinə görə, bu qərar Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün qəbul edilib. Eyni zamanda qərar təkbaşına qəbul olunmayın. Bu qərar müzakirələr və dərin təhlillər əsasında qəbul olunub. "Düzdür, sonradan həmin müzakirələrin bəzi iştirakçıları xəbərsiz olduqlarını bildirdilər", - Paşinyan əlavə edib.

Halaldı, iki il əvvəl Şuşada çaxır içib yallı gedən, atılıb-düşən, murdar ayağını Cıdır Düzünə basıb şıllaq atan Paşinyana ki... Ki, o, bunları qulaqları kar, gözləri kor siyasətçilərinə və erməni xalqına deyə bilir. İndi nəinki Paşinyan və Koçaryan, Sarkisyan kimi naşılar, terrorçular, həm də onları dəstəkləyənlər qış yuxusundan ayılıblar ki, belə davam edə bilməz. Ermənistan mövcud olmaq istəyirsə, bu xislətindən əl çəkməlidir...

A.Məmmədli