booked.netbooked.net booked.net  

  Ermənilərin yalan və riyakar əməllərlə saman altından su yeritməsi hamıya gün kimi aydındır.

Lakin Rusiya Müdafiə Nazirliyinin ermənilərin məqsədli yalanlarına boyun əyməsi gülünc faktdır. Ermənistanın Azərbaycanın torpaqlarını 30 ildir işğal altında saxlamasına 30 ildir susan və bölgədə sülh yaradacağına hamını inandıran, deməli, obyektiv olacağına dünyanı əmin edən Rusiya erməni yalanlarına dəstək verirsə, bu artıq yaxşı hal deyil. Məsələn, Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur.Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib: "Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir".

Görürsünüzmü, Azərbaycan tərəfi hər iki tərəfin iştirakı ilə məsələni yerində araşdırıb, ermənilərin kor gözü hər şeyi görüb, amma Rusiya tərəfin kar qulağı erməni yalanlarını eşidib. Di gəl sonra sülhməramlılıqdan danış...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN