…Kəlbəcərdən sonra Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə xüsusi təyinatlı qüvvələrinin  birgə döyüş atışlı təlimləri başa çatandan az sonra bu ərazidə daha bir tarixi hadisə yaşanmışdır.

Belə ki, elə həmin gün- sentyabrın 12-də Qara göl yaxınlığındakı 3112 metr yüksəklikdəki Qılncdağ zirvəsində (Yuxarı Uxtasar, Qara gölə yaxın, Mıxtökən dağ silsiləsinə aid) Azərbaycanın üçrəngli Dövlət Bayrağı dalğalandırılıb. Bayraq bu gün də həmin zirvədədir, hərbçilərimiz göz bəbəyi kimi həm həmin zirvəni, həm də bayrağı qoruyur.

Maraqlı hadisə isə bundan sonra yaşanıb. Hərbi ekspert Ədalət Vəliyev bu barədə maraqlı paylaşım edib. Məlum olur ki, bayraq həmin zirvəyə yerləşdirilərkən və əsgərlərimiz həmin məntəqədə post qurarkən erməni əsgərləri əvvəlcə müqavimət göstərməyə cəhd ediblər, lakin az sonra xüsusi təyinatlılarımızın adını eşidən kimi  acı taleləri ilə barışıb geri cəkilib gediblər.

Ən maraqlısı, həmin yüksəklikdə yerləşən mövqelərimiz Ermənistanin Sisyan rayonuna vizual müşahidəni tam təmin edir.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər