Rusiyanın Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.Bu barədə “RİA Novosti” məlumat yayıb...

Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.