booked.netbooked.net booked.net  

Asif Mərzili: “2016-cı ilin martın 27-də zərərçəkmiş Hüseyn Səfərovla görüşüb müsahibə aldım, o, bildirdi ki, 2 milyon dollar pulunu MTN-də Mövlam Şıxəliyevə vermişdir...”

Xəbər verildiyi kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışına verilmişdir. Ortada çoxsaylı  zərəçəkmiş sahibkarlar var. MTN-nin yüksək rütbəli şəxsləri sözün əsl mənasında sahibkarlara qənim kəsilmişlər. Onlar (32 nəfər) aşağıdakılardır: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı.

 Asif Mərzili: “2016-cı ilin martın 27-də zərərçəkmiş Hüseyn Səfərovla görüşüb müsahibə almışdım, o, bildirdi ki, 2 milyon dollar pulunu MTN-də Mövlam şıxəliyevə verməli olmuşdur...”

İttiham AKT-ına görə, təqsirləndirilən keçmiş MTN-nin bu yüksək rütbəliləri sahibkarları qorxudub-həbs edib, hədə-qorxu gələrək pul tələb edib, külli miqdarda rüşvət alıblar. Məhkəmə iclasına hakim Aslan Kalbalıyev sədrlik edəcək. Məhkəmənin hazırlıq iclasının vaxtı isə oktyabrın 13-nə təyin edilib...

Onu da xatırladaq ki, İttiham Aktında “Təzadlar”ın Baş redaktoru Asif Mərzilinin də adı şahid qismində keçir. Baş redaktor bu barədə bunları dedi:

- Bəli, o vaxt, yəni MTN-lə bağlı məlum həbslər reallaşanda zərərçəkmiş Hüseyn Səfərov redaksiyamıza müraciət edərək MTN-nin İstintaq İdarəsinin rəisi, general Mövlam Şıxəliyev və şöbə müdiri Vüsal Ələkbərov ona hədə-qorxu gələrək 2 milyon dollar pulunu ələ keçirdiklərini bildirdi, bu barədə qəzetimizə geniş müsahibə verdi. O zaman Vüsal Ələkbərov istintaqa cəlb edilmişdi, lakin Mövlam Şıxəliyev sərbəst gəzirdi... İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi aparırdı. Təbii ki, onun təsiri ilə məni Baş İstintaq İdarəsinə çağırdılar. Xüsusilə mühüm işlər müstəntiqi əvvəlcə mənə təzyiq etmək istədi, lakin gördü ki, alınmır. O, əvvəlcə mənə dedi ki, siz niyə o boyda generala böhtan atılan müsahibəni dərc etmisiniz? Dedim, “KİV haqqında” Qanunun tələbi pozulubsa, bunu deyin... İkincisi, bildirdim ki, bunu müsahibə verən zərərçəkmiş Hüseyn Səfərovdan soruşun... Dedi ki, H.Səfərov deyir ki, mən elə açıqlama verməmişəm... Dedim, məndə onun diktofonda müsahibəsi var... Müstəntiq tələb etdi ki, onu istintaqa təqdim edin... Və sair söhbət... Təbii ki, müstəntiq başa düşürdü ki, cinayətkarı kənarda qoyub jurnalisti-mətbuatı hədəf seçmək işin xeyrinə deyil, ona görə də bu məsələ qapandı... Bir neçə ay sonra Mövlam Şıxəliyevin şöbə müdiri Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində şahid qismində iştirak etdim, orda gördüm ki, biz nə qədər haqlı idik... İndi 5 il əvvəl yazdıqlarımız öz təsdiqini tapdı... İndi Mövlam Şıxəliyevin bir yolu var: başda Hüseyn Səfərov olmaqla, digər zərərçəkmişlərə vurduğu ziyanı ödəməlidir. Mən sizə onun üzərinə qoulmuş əmlaklarının siyahısını təqdim edirəm, görün generalımız nə işlə məşğul imiş... Hüseyn Səfərova gəlincə, o, M.Şıxəliyevin təzyiq və hədələrindən xəstəlik tapmış, əmlaklarını satıb ona rüşvət verməyə məcbur edilmişdir. Bildiyim qədər hazırda kirayədə yaşayır... 

***

“Təzadlar” Mövlam Şıxəliyev və qeyrilərinin cinayət işi üzrə İttiham Aktını əldə edib. Məlum olur ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib...

Zərərçəkmiş Hüseyn Səfərovla telefon əlaqəsi saxladıq. O, bundan əvvəl M.Şəxəliyevin şöbə rəisi olmuş Vüsal Ələkbərovun məhkəməsində də dindirildiyini, lakin hələ də vurulmuş ziyanın ödənilmədiyini bildirdi: 

- “Təzadlar” qəzetinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm ki, daim mənim pozulmuş hüquqlarımı müdafiə edib... Sizin Baş redaktor bu cinayət işi üzrə keçirilən əvvəlki məhkəmədə şahid qismində də dindirilib... Mövlam Şıxəliyev həyatımızı məhv etdi, bizi müflis etməklə xəstə saldı. Mən ona 2Allah qapısını açsın!” deməklə, diqqətinə çatdırıram ki, mən ondan nə istəyirəm: vaxtilə məni həbs etdirməklə, hədə-qorxu gələrək aldığı pullarımı indi özümə qaytarsın... Nizami Şirinovdan nümunə götürüb vurduğu ziyanı ödəsin ki, bəlkə məhkəmə humanistlik edib cəzasını yüngülləşdirdi...

Bu da Mövlam Şıxəliyevin çoxmilyonluq əmlaklarının siyahısı- ŞOK rəqəmlər...

 

 İttiham Aktından sitat: “...Təqsirləndililən şəxs Şixəliyev Mövlam Məmmədismayıl oğlu, 05.04.2021-ci il tarixdən həbsdədir, həbsdə saxlanılma müddəti 17.11.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi üzrə maddi sübutlar - müvafiq qaydada əldə edilmiş Əhməd Mirzəyev epizoduna aid 10095 №-li, 3321 №-li, 3398 №-li, 3499 №-li, 8626 №li satış qaimələri və mobil operatorlardan daxil olmuş telefon danışıqlarına dair məlumat daşıyıcısı olan disklər cinayət işində, Hüseyn Səfərov epizoduna aid 01 edəd “Churchill” markalı 12 katibrli ov tüfənginin icazə vəsiqəsi isə DlN-nin İctimai Təhlükəsizlik idarəsində saxlanılır. Təqsirləndirilən şəxs Şixəliyev Mövlam Məmmədismayıl oğlunun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 482.000 manat dəyərində Bakı şəhəri, Səbayıl rayonu, Nizami küçəsi, ev 78 ünvannda yerləşən qeyri-yaşayış sahəsinin, 770.609 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlakın, 35.500 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəminin, 974.600 manat dəyərində Bakı şəhəri. Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanmda yerləşən daşınmaz əmlakın, 214.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlakın, 31.500 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlakın, 39.528 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 690a ünvanında yerləşən daşınmaz əmlakın, 10.200 manat dəyərində İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakın, arvadı Şixəliyeva Aybəniz Qinyaz qızının adına rəsmiləşdirilmiş 26.240 manat dəyərində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın, 17.000 manat dəyərində Ağdaş şəhəri. H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m əmlakın, Bakı şəhərində 37.600 manat dəyərində Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın, 400.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yeriəşən daşınmaz əmlakın, 1.452.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlakın, 535.653 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlakın, 738.711 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerleşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlakın, qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş 650.719 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti. ev 7. mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlakın, 257.172 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214 3 kv.m sahəsi olan daşınmaz emlakın, 1.305.240 manat dəyərində Bakı şəhəri, Binəqədı rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv. m sahəsi olan daşınmaz əmlakın, oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş 360.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlakın,  704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlakın, ümumilikdə 7.738.017 manat məbləğində əmlakının üzərinə müvafiq məhkəmə qərarları ilə həbs qoyulmuşdur və xüsusi müsadirəyə təklif edilir.

Təqsirləndirilən şəxs Məmmədov Yasin Seyfulla oğlunun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102.700 manat dəyərində Bakı şəhəri, M Müşfiq küçəsı, 15//-17saylı evın 60,17 kvm. Sahəsi olan 34 saylı üçotaqlı mənzilin, 104.400 manat dəyərində Bakı şəhərı, Nərimanov rayonu, K.Rəhimov küçəsı, 2-a saylı evin 65.3 kv.metr sahəsı 52 saylı mənzilin, Məmmədov Fərid Arif oğlunun adına rəsmiləşdirilmiş 72 min manat dəyərində Bakı ş. Sabunçu r-nu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin, ümumilikdə 278.600 manat məbləğində əmlakının üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur və xüsusi müsadirəyə təklif edilir”

(Davamı var)

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN