Gürcüstanda bu gün müxalifət və iqtidar tərafdarları arasında qarşıdurma yaşanıb. Ölkə KİV-ləri bununla bağlı video görüntülər yayıb.

Dmanisidə baş verən hadisə zamanı iki nəfərin bıçaqlandığı bildirilir. "Vahid Milli Hərakat"ın millət vəkili Kaxa Okriaşvili, baş verənlərdə "Gürcü Arzusu"nun tərəfdarlarını günahlandırıb. Onun sözlərinə görə, Dmanisinin Qantiadi kəndində keçirilən görüş zamanı "Gürcü Arzusu"nun fəalı Zurab Okmelaşvili, "Gürcü Arzusu"nun majoritar namizədi Mixeil Dautaşvili və onun oğlu Davit Dautaşvili müxalifətin fəallarına hücum ediblər. Okriaşvili, hücum zamanı 2 nəfər müxalif fəalın bıçaqlandığını və həmin anın görüntülərinin olduğunu bildirir.

Maraqlı budur ki, qanla nəticələnən qarşıdurma adi bir anlaşılmazlıqdan törəyib. Ortada hansısa ciddi siyasi problemin müzakirəsi də olmayıb.

A.Məmmədli

Əldə olunan video görüntüləri təqdim edirik: