booked.netbooked.net booked.net  

Azərbaycanın Qida təhlükəsizliyi agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Amma təəssüflər olsun, hələ də insanların həyatı ilə zarafat edənlər hələ də var. Məsələn, Agentlikdən "Təzadlar"a bverilən məlumata görə, qurumun Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı Ağdaş rayonu ərazisində İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 2 ünvanında yaşayan vətəndaş Süleymanov Vüqar Hafiz oğluna məxsus VAZ 2107 markalı, 31-BE-575 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq təkdırnaqlı heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda insan istehlakı üçün yararsız at əti müsadirə olunaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir. Qida təhlükəsizliyi agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

 Bəli, Agentlik belə bəyan edir. Amma sual yaranır: həmin at ətini Vüqar Süleymanov özü yeyibmi, yaxud yeyərmi? Dəfələrlə yazıb təklif də vermişik: belə fırıldaqçılara maddi cərimə kəsilir, o da gedib sonradan bir neçə xəstə heyvanın başını kəsib fəaliyyətini yenidən davam etdirir. Amma yenidən təklif edirik: insanların həyatı ilə zarafat edən belə fırıldaqçıların ən layiqli cəzası bu olar ki, satdıqları həmin ətdən bozbaş bişirib 3 gün dalbadal onlara yedirtmək!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN