booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı BƏYANAT verib.

Bəyanatda deyilir:

11 oktyabr 2020-ci il tarixində gecə saat 02 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə Azərbaycanınhərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarınıqadağan edilmiş, hədəfi seçə bilməyən silahlardan hesab edilən “Scud-B” ballistik raket sistemindən istifadə edərək, Ermənistan ərazisindən atəşə tutmuşdur. Nəticədə uşaq, qadın, ahıllar da daxil olmaqla,onlarla insan həlak olmuş və yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozmuşdur.

Ombudsman olaraq, Gəncə şəhərinin mülki obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə məruz qalması, çoxsaylı insan tələfatı, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktları ilə bağlı dərhal nüfuzlu beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlanmışam.

Eyni zamanda,tərəfimdən Gəncə şəhərində növbəti faktaraşdırıcı missiya həyata keçirilmiş, Ermənistanın növbəti hərbi hücumu zamanı həlak olmuş, yaralanmış, dağıntılardan zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarına dair faktlar yerində araşdırılmış və müvafiq hesabat beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Beynəlxalq təşkilatlara ünvanlandığımız etiraz bəyanatlarında və faktaraşdırıcı missiya hesabatlarında təkzibolunmaz sübutlar əks olunmuşdur. Buna baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş bu kimi insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına hələ də beynəlxalq hüquqi qiymət verilməmişdir.

Gəncə şəhərinin ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq ictimaiyyətə səslənir, beynəlxalq humanitar hüquququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə vəbu cinayət əməllərinə görə məsuliyyət daşıyan Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin  görülməsinə çağırıram.

  

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının 

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

11 oktyabr 2021-ci il

  

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN