"Şöhrət" və "Şərəf" ordenli, Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb. Bu barədə Xalq artistinin yaxınları sosial . Bu barədə Arif Babayevin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar...

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər", -deyə məlumatda bildirilir.

Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə almışdı... Qarabağ və yurd həsrəti istəkli xanəndəni-professoru haldan salmışdı. Allah şəfa versin! İnanırıq ki, Arif Babayev tezliklə istəkli dinləyici və tamaşaçılarının görüşündə olacaq...

A.Məmmədli