booked.netbooked.net booked.net  

ERMƏNİ OLDU YALAN, DÜŞDÜ İRAN ORTALIĞA...
VAHİD ƏZİZ, Xalq şairi
Dini bir, imanı ayrı-gileyim var Xalığa,
Erməni oldu yalan, düşdü İran ortalığa!
Düşünüb tapdım axır-nəyimiş bunun azarı?
Narkoman mollaların bağlanmış alver bazarı!
Gözü nifrətlə dolu sancdığım Bayraqda bunun,
Hər cürə oynamağı natəmiz quyruqda bunun,
Əməli düşmənimin etdiyi buyruqda bunun;
İstəyir ki, Qələbəm batıb Arazda boğula!
Anlat mənə, a “Kəəbə”-bu, nə cür din qardaşıdı?
Başında millətimin saldığı hansı daşıdı?
Üstündə əmmaması, çiynində kimin başıdı?-
Susuruq, azğınlığı artmaqda birazda bunun.
Qaşınmayan yerimi qaşıyır qəsdən-qanaya,
Qıcayıb dişlərini çəkir bizi “zorxanaya”,
Erməni-Allah evin döndərdi donuzxanaya-
Sanki, burnu əzilib bildirki payızda bunun!
Ağlını yığ başına-həddini aşan çox olub,
Hamısı oldu mayıf-Türkə sataşan çox olub,
İran xalqı yaşayar, taxtından aşan çox olub!
Az qalıbdı, daralar ilgəhi boğazda bunun.
Qulaq as, ay nanəcib, Vahid Əziz mətləb açır, 
Molla Türkü sıxaraq erməniyə məktəb açır,
İranın Şəhriyarı, həm ustad aşıqları var-
Edəcək tənbehini zurna ilə saz da bunun...
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN