Anar Bağırov Rusiya Vəkillər Gildiyasının «Vəkilliyin İnkişafı» Ordeni ilə təltif edildi…

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu günlərdə Rusiyada işgüzar səfərdə olub. A.Bağırov səfər çərçivəsində Azərbaycan və Rusiya vəkilliyinin canlı əfsanəsi, həmyerlimiz, Rusiya Vəkillər Gildiyasının rəhbəri, Rusiya Vəkillər və Notariat Akademiyasınım rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevlə görüşüb. Tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib, fikir mübadiləsi aparıblar. Anar Bağırov Həsən Mirzəyevə Azərbaycanda vəkillik institutunun ötən dövrlərdə qazandığı uğurlardan, qarşıda duran vəzifələrdən və s. danışıb. Sevindirici haldır ki, Anar Bağırov Azərbaycan Vəkilliyinin inkişafına və güclənməsinə verdiyi töhfələrə görə Vəkilliyin Metri tərəfindən «Vəkilliyin İnkişafı» Ordeni ilə təltif edilib. O, özünün fb statusunda bu yüksək etimad və dəyər mükafatı barədə belə yazıb: «Azərbaycan Vəkilliyinə xidmət edirəm!».

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovu ürəkdən təbrik edirik və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Asif Mərzili


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA