booked.netbooked.net booked.net  

Gürcüstanın baş naziri sabiq prezident Saakaşvilini ağır sözlərlə təhqir edib...

"Biz görəcəyimiz işlər, layihələr barəsində danışmalıyıq, Saakaşvilinin aclıq aksiyası, dieti mənə maraqlı deyil". Baş nazir İrakli Qaribaşvili  jurnalistlərə verdiyi müsahibəsində Belə deyib. Onun sözlərinə görə, Saakaşvili hər hansı bir imtiyazdan istifadə edə bilməyəcək: "Bizim dövlətimiz hər bir məhbusun hüququnun və sağlamlığının qorunması üçün addımlar atır. Aclıq halları həbsxanalarda tez-tez olmasa da bəzən belə bir hallarla qarşılaşmaq olur. Heç bir məhbusa imtiyaz verilməyəcək. Keçmişdə prezident olan bu şəxs qanuna hörmət etməliyidi və sərhəddi bu cür oğru kimi keçməməliydi. Onun elementar kişiliyi və mərdliyi olsaydı, bizim ölkəyə açıq şəkildə daxil olardı. Əlbəttə ki, həkimlər digər məhbuslar kimi onun da müvafiq müalicəsi üçün hər şey edəcəklər. Heç kimə digər hər hansı bir imtiyaz göstərilməyəcək və hər kəs qanuna tabe olmalıdır", - deyə İ. Qaribaşvili əlavə edib.
Deyəsən, Gürcüstanın siyasi rəhbərliyinə əməlli -başlı baş ağrısı gətirib. Ona görə də Saakaşvilinin azad edilməsi ilə bağlı vəziyyət getdikcə ziyanına işləyir. Lakin beynəlxalq qurumlar isə onu dəstəkləməkdədir...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN