Zəngəzur dəhlizi açılır: eni də 5 km olacaq... 
Bu barədə siyasi analitik Armen Baqdasaryan maraqlı açıqlama ilə çıxış edib.
Amma maraqlı olan budur ki, ermənilər 30 il idi guya iqtisadi və nəqliyyat blokadasında olduqlarından şikayət edirdilər, indi onlar bu blokadaların aradan qaldırılmasından şikayətçidirlər.
Bu da Armen Baqdasaryanın (Bağda sər yan... Sonra da deyir ki, erməniyəm(!)) açıqlaması: “Bu vəziyyətdən çıxmaq üçün resurslarımız yoxdur. İndi düşünə biləcəyimiz yeganə şey bu dalandan az itkilərlə çıxmaq olmalıdır. Ermənistan hakimiyyətinin azərbaycanlılara Zəngəzurda 5 kilometr enində dəhlizə artıq razılıq verdiyini dair təsdiqlənmiş məlumatlar gəlməkdədir. İranın mövqeyinə gəlincə, Tehran Azərbaycandan çəkinir, çünki hesab edir ki, Qərb bu ölkənin ərazisindən onunla mübarizə aparmaq üçün istifadə edə bilər. İran həm də Ermənistandan qorxur, amma gücünə-qüdrətinə görə deyil, ona görə ki, İrəvanla uzunmüddətli razılaşmaya nail olmaq mümkün deyil, ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir".
Bəli, Ermənistan istəməsə belə, onun xilası Zəngəzur dəhlizindən keçir...
A.Məmmədli 

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA