booked.netbooked.net booked.net  

Bakıda və respublikamızın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. Amma faktdır ki, insanlar toyları sıx təmas və öpüş yerinə çevirməkdədirlər. "Təzadlar" bu istiqamətdə araşdırma yazılarını daim təqdim edib. Lakin təəssüflər olsun, vətəndaşlar bunu anlamaq istəmir.
DİN-nin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bu barədə özünün fb statusunda yazır: "COVİD - 19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib. COVİD - 19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq".
Özünüzü virusdan qorumaq istəyirsinizsə, yas və toy mərasimlərində qucaqlaşıb öpüşməkdən kənar edin...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN