booked.netbooked.net booked.net  

Eks prezident Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko aclıq aksiyası keçirən həyat yoldaşının vəziyyətinin kritik həddə çatdığını bildirib.

Bu barədə Yelizaveta Yasko özünün sosial hesabında qeyd edib. O, deyib ki, belə insanlar həbs olunmaq üçün yaradılmayıb. Yasko hazırda Saakaşvilinin tibbi yardıma ehtiyacı olduğunu bildirib: "Gürcüstan həbsxanasında olan Mixeil Saakaşviliyə dördüncü dəfədir baş çəkirəm. Bu gün çox danışdıq. Təxminən beş saat... Bu gün aclıq aksiyasının 22-ci günüdür. Mixeil, əvvəlki kimi sonadək mübarizə aparmaq əzmindədir. Mən ondan dəfələrlə aclığı dayandırmasını xahiş etmişəm, amma qərarı dəyişilməzdir. Mixeil Saakaşvilinin səhhəti pisləşir və bu, çox açıq şəkildə görünür. İndiyə kimi onun tab gətirməsinə şadam. Amma bu dəfə kədərliyəm. Çünki onun təhlükədə olduğunu başa düşürəm. Və artıq kritik vəziyyətə yaxınlaşır. Təəssüflər olsun ki, onun səhhətinin necə pisləşdiyi sifətindən də, danışığından da, enerjisindən də görünür. Belə insanlar həbsxanada olmaq üçün yaradılmayıb. Məqsədim ona şəxsən kömək etmək və Ukraynanın dəstəyini çatdırmaqdır. Bir millət vəkili olaraq Ukrayna tərəfi ilə daim təmasdayam, daim izləyirik və Saakaşvilinin Ukraynada olmasını çox istəyirik. Gürcüstanda saxlanılır və həyatı ciddi təhlükə altındadır. Onu növbəti dəfə görəndə necə olacağını bilmirəm", - deyə Yasko qeyd edib. Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

A.Məmmədov

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN