Gürcüstanın Baş naziri Qaribaşvili jurnalistlərə zarafatla cavab verib: "Mən baş nazirəm, həkim deyiləm. Suallarınız varsa, həkimlərə müraciət edin". Bu barədə danışan İrakli Qaribaşvili, sabiq prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı jurnalistlərin suallarına cavab verərkən belə deyib. Jurnalistin sabiq prezident Mixeil Saakaşvilinin aclıq aksiyası nəticəsində həyatını itirəcəyi təqdirdə, baş nazirin üzərinə məsuliyyət götürüb-götürməyəcəyi barəsində sualına Qaribaşvilinin cavabı bu cür olub: "Hər birinizi bütün məsələlərdə, həmçinin sizin rəhbəriniz barəsində daha xoş danışmağa çağırıram. Yaşayan bir şəxs barəsində necə belə danışırsınız? Olmaz! Bu aqresiyanı, nifrət dilini 30 oktyabrda bitirməliyik. Bu sizin üçün də, xalq üçün də, bizim ölkəmiz üçün də pisdir. Dünən, ədliyyə naziri görüntülər yaydı və biz özümüz də cəmiyyətə həbsxanadakı xəstəxananın hansı vəziyyətdə olduğunu göstərdik. Orada bütün şərait yaradılıb, əksik olanları da biz artırdıq. Xəstəxanada bütün lazımi aparatlar var. Sizi əmin edirəm ki, penitensiar xidmət bütün məhbusların sağlamlığına diqqət edir. Sakitləşin, məhbus Saakaşviliyə yaxşı sahib çıxmışıq, narahat olmayın", - deyə İ. Qaribaşvili əlavə edib.

Baş nazirin bu zarafatı jurnalistlərin təbəssümü ilə qarşılanıb.

A.Məmmədli


Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA