booked.netbooked.net booked.net  

Ermənistan regionda etimadın artırılması addımlarına başlamalıdır.

Bu istiqamətdə ilk addım minalanmış sahələrin xəritələrinin Azərbaycana təqdim edilməsi ola bilər. Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan cümə axşamı keçirilən mətbuat konfransında Cənubi Qafqazda vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, Moskva, çətin ki, Zəngəzur dəhlizinin açılması məsələsini yubatmaq niyyətində olsun. “Moskva da regionun inkişafına böyük töhfə verəcək bu ideyanı dəstəkləyir. Bu dəhliz həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına xidmət edəcək. Tezliklə bizim Putinlə ikitərəfli görüşümüz başlayacaq”, deyə Erdoğan bildirib. Qafqazda “Altıtərəfli Platforma”nın yaradılması təşəbbüsünə toxunan Erdoğan qeyd edib ki, Tbilisi və Yerevan hələlik bu məsələdə müsbət siqnal verməyib, bir halda ki, Rusiya belə bir qurumun yaradılmasının tərəfdarıdır. “Ermənistan və Gürcüstan təşəbbüsə qoşularsa, regiona tezliklə sabitlik gələcək. Mən Gürcüstan baş nazirinin Türkiyəyə səfəri zamanı ona bu məsələni izah etdim”, deyə Erdoğan qeyd edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN