"Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik.

Erməni KİV-ləri xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır. Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını iddia edib: "Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq".


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA