booked.netbooked.net booked.net  

"Biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır".

Tezadlar.az Prezident.az saytına istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. “Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən Prezident deyib ki, icma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir: “Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Pin It

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevin doğum günü münasibətilə bağlı paylaşım edib.

Pin It

Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib.

Pin It

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışında iştirak edib.

Pin It

Vətən Müharibəsində ölkəmizin suverenliyi, sərhədlərimizin bötüvlüyü, torpaqlarımızın işğaldan azad olunması uğruna canından keçən igid oğullarımızın ailə üzvləri «Təzadlar»a göndərdikləri məktubda SPACE TV-nin fəaliyyətini yüksək qiymətləndirdiklərini yazırlar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN