Bölgədəki informasiya mənbələrinin şəbəkəsi yaradılır...

Xəbər verildiyi kimi, Medianın İnkişafı Agentliyi ölkə mediasının səmərəli fəaliyyətinə dəstək proqramlarını daha da genişləndirib. Bu ilin ikinci yarısından təkcə çap mediasının deyil, həm də elektron KİV-lərin bu proqramdan bəhrələnməsinə start verilib. “Təzadlar” qəzetinin rəsmi tezadlar.az saytı da bu layihəyə qoşulub. MEDİA-nın şərtlərinə görə, hər bir onlayn media subyekti ayda 20 gün olmaqla (həftənin 5 iş günü nəzərə alınır) hər gün özəl 20 informasiya yayımlamalıdır (həftədə 100, ayda 400 informasiya). Bura araşdırma yazılarından tutmuş, ölkədə və dünyada baş verən mədəni, siyasi, iqtisadi və s. sahələrdə baş verən və Azərbaycan oxucusu üçün maraq və əhəmiyyət kəsb edən mövzular aiddir.

 Lakin Azərbaycan şəraitində (əhalinin sayı və s. baxımından ) bu tələblər təbii olaraq jurnalistlər üçün xeyli çətindir, informasiyaların bölgələrdən əlçatanlığı baxımından mürəkkəb işdir.

“Təzadlar” neçə il əvvəl oxucuları əməkdaşlığa cəlb edən bir layihəyə start vermişdi. İndi həmin layihəni daha əhatəli və səmərəli formada bəyan edir.

Beləlilklə, Azərbaycanda yaşayan oxucularımıza müraciət edərək əməkdaşlığa dəvət edirik. Əməkdaşlığın şərtləri belədir: hər bir oxucu ətrafında (yaşadığı bölgədə) baş verən ölkə əhəmiyyətli, eləcə də dövlət və ictimai əhəmiyyət kəsb edən hadisələr barədə +994 702101044 vatsap nömrəsinə 100 sözdən ibarət (artıq da ola bilər) məlumat (mətn), foto və 10-15 saniyəlik video göndərir (həmin telefon nömrəsinə mesajla da göndərmək olar). Həmin məlumat tərəfimizdən araşdırılır, dəqiqlyi və qərəzsizliyi öyrənilir, sonra yayımlanır. Hər bir xəbər-məlumat peşəkarlıq, ictimai əhəmiyyətlilik baxımından maddi stimullaşdırılır (qonorar verilir).

Redaksiya eyni zamanda qələminə güvənən yaradıcı insanları da əməkdaşlığa dəvət edir. Araşdırma və ictimai əhəmiyyət kəsb edən məqalələrə qonorar ödənilir.

Xəbər, məlumat və məqalələrdəki faktlara görə informasiya subyekti məsuliyyət daşıyır.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA