booked.netbooked.net booked.net  

...Bu il də Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən

xarici ölkələrdən gəlmək istəyən müsəlmanların Həcc və Ümrə ziyarətini qadağan etdi. İslam tarixində müxtəlif səbəblərdən, o cümlədən pandemiyalar zamanı Həcc ziyarəti təqribən 40 dəfə ya ləğv edilib, ya da təxirə salınıb.    

Məkkə və Mədinə ziyarətinə hazırlaşan zəvvarların ardıcıl 2 ildir ki, bu arzusu baş tutmur. Bu arzu da, qadağa da başa düşüləndir. Səudiyyə Ərəbistanı  koronavirusun yayılma qorxusu səbəbindən yalnız krallıqda yaşayan  60 min müsəlmanın Həcc ziyarətinə icazə verib. Qeyd edək ki, hər il təqribən 2 milyon insan bu müqəddəs torpaqları ziyarət etmək üçün Məkkəyə gedirdi. Həcc ziyarəti müsəlmanların Hicri-qəməri təqvimi ilə Zül -hiccə ayında həyata keçirilir. Bu il iyulun 17-22-si aralığında davam edəcək.

***

Rusiya Müsəlmanları Məclisinin sədri - müftisi Albir Krqanov pandemiya səbəbindən Həcc ziyarətinə gedə bilməyən insanlara xitabən  bildirib ki, ziyarətə gedə bilməyən müsəlmanlar məsciddə Cümə namazında iştirak edə bilərlər. Müftinin sözlərinə görə, Cümə namazı Həcc ziyarətini əvəz etməsə də, bu ayinin icrası müəyyən mənada həmin şəxsə böyük savab qazandıracaq.

Qeyd edək ki, Azərbaycanda da müqəddəs torpaqları ziyarət etmək istəyənlərin sayı az deyil. Elə insanlar var ki, illərlə bu ziyarətə getmək üçün qəpik-qəpik pul toplayır, elələri də var ki, nəinki özünün, hətta 1000 adamın belə bu, xərcini çəkməyə imkanı çatar...

  Bildiyimiz kimi, pandemiya bütün dünya ölkələrində olduğu kimi ölkəmizin iqtisadiyyatına, həmçinin əhalinin gəlir mənbəyinə də yan təsirsiz ötüşməyib. İkinci Qarabağ savaşı isə bizə işğal altında olan Qarabağımızı qazandırmaqla yanaşı, erməni vandalizmindən zərər çəkmiş, altı-üstünə çevrilmiş bölgələrimizi dirçəltmək, yenidən qurub-yaratmaq üçün  böyük məbləğdə vəsait və yatırımların cəlb edilməsi məsələsini də gündəmə gətirdi. Bu böyük Vətən savaşında şəhid olanlarımız da oldu, ağır yaralananlarımız da. Bu gün də ağır yaralanmış qəhrəman qazilərimiz var ki, hələ də sağalmaq üçün - hansısa əzasının hərəkət etməsi, göz nurunun bərpası, əlil arabasından qurtulmaq üçün mübarizə aparırlar. Bir çoxunun müalicəsi xarici ölkələrdə mümkündür. Onlara bu mübarizədə “Yaşat” Fondu dəstək göstərir. Bu müqəddəs günlərdə düşünürəm ki, hər bir imkanlı müsəlmanın ən böyük borcu da bu insanlara həm mənəvi, həm də maddi kömək durmaq, imkan daxilində onların vəziyyətinin yüngülləşməsinə yardım etməkdir. Baxmayaraq ki, dövlət hərtərəfli onların qayğısını çəkir və heç kimə möhtac buraxmır.

 Lakin savab qazanmaq, günahlarının bağışlanmasını istəyən, qazandığı malının qorunmasını, sağlamlığının zərər görməməsini arzulayan hər bir müsəlman bu insanlara, ehtiyacı olanlara əl tutarlarsa Allaha da xoş gedər və onun arzularını da çin edər.

P.S. Xatırladaq ki, ötən  il Həcc ziyarətinin qiyməti 4490 dollar müəyyən edilmişdi. Əvvəlki il isə bu məbləğ 4285 dollar idi.

P.P.S. YERİ GƏLMİŞKƏN, İNDİ HƏR BİR AZƏRBAYCANLI MÜSƏLMANIN ZİYARƏT ETMƏLİ OLDUĞU DAHA BİR MÜQƏDDƏS ŞƏHƏR DƏ VAR. O ŞƏHƏRİN ADI ŞUŞADIR! O ŞƏHƏRİ ZİYARƏT ETMƏK ÜÇÜN ZAMANINDA MİLYONLARINDAN KEÇMƏYƏ HAZIR OLANLAR VAR İDİ!

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN