booked.netbooked.net booked.net  

Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə,

Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Apa-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən şəxs qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

TEZADLAR.AZ xəbər verir ki, hazırda ev dustaqlığına buraxılmış şəxslərdən biri - Konsulluq İdarəsinin vəzifəli şəxsi olmuş Səlim Əlizadə Eurovision" mahnı müsabiqəsinin iştirakçıs Safura Əlizadənin atasıdır. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN