booked.netbooked.net booked.net  

Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

 Komitənin sədri Fuad Muradov bununla bağlı əmr imzalayıb.

 Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub. Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, Vəsilə Vahidqızı  - Zeynalova (Mahmudova) Laçın rayonunda anadan olub.

BDU-nun jurnalistika fakültəsini  bitirib.

1992-2002-ci illərdə AZTV -də, 2002-2003-cü illərdə  “İnternyus – Azərbaycan” İctimai Birliyində, 2004-cü ildə “Space TV”də çalışıb. 2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC -də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib.

İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır.

2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.

Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran,Türkiyə və s. hazırladığı verilişlər və bir sıra sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən neçə-neçə sənədli filmin, o cümlədən "54 gün mühasirədə", "İgidliyin zirvəsi", "Məhv edilmiş gələcək - Aygün","Şamaxı soyqırımı" və başqa sənədli filmlərin ssenari müəllifidir.

2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN