booked.netbooked.net booked.net  

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş sabah oktyabrın 12-də Moskvada keçiriləcək.

Bir müddət öncə Paşniyan Gürcüstanın Baş naziri ilə də görüşmüşdür. Son zamanlar Ermənistan Baş nazirinin fəallaşması nəyə hesablanıb? Strateji  Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyevin cavabını “Təzadlar”ın oxucularına çatdırırıq:

-Bildiyiniz kimi, 44 günlük müharibə Cənubi Qafqazda geosiyasi vəziyyət köklü şəkildə dəyişdi.   Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin düşdüyü ağır iqtisadi-siyasi vəziyyətdən çıxma yolları axtarmaqdadır. Qeyd etmək istərdim ki, Paşinyan ABŞ-la Rusiyanın  arasında qalıb və nə edəcəyini müəyyən edə bilmir, yəni bir tərəfdə onu hakimiyyətə gətirən ABŞ-ın qarşısında götürdüyü öhdəliyi, digər tərəfdən mövcud siyasi reallıq. Bildiyiniz kimi, siyasət reallığı tələb edir. Reallıq isə 10 noyabr sazişinin müddəalarıdır, bu sazişin təminatçısı isə Rusiya prezidentidir. Rusiya prezidenti Vladimir Putinin prinsipiallığı, iradəsi Baş nazir Nikol Paşinyana yaxşı tanışdır, dünya siyasətçiləri, Putini yaxından tanıyanlar birmənalı olaraq qeyd edirlər ki, o, imzasına sahib olan dövlət başçısıdır. ABŞ Gürcüstan vasitəsi ilə öz ideyasını reallaşdırmaq istəyir, bu baxımdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili də oktyabrın 9-10-da Ermənistana səfəri zamanı erməni həmkarı Nikol Paşinyanla "Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü"nü müzakirə etdi, yeni sülh formatı ideyasını gündəmə gətirdi. O, dinc mehriban qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirəsinə kömək edəcəyini və Cənubi Qafqaz dövlətləri ilə yanaşı, beynəlxalq tərəfdaşlar da buna qoşula biləcək kimi fikirlər səsləndirmişdir. Qaribaşvilinin beynəlxalq tərəfdaşlar deyəndə ABŞ və bəzi Qərb dövlətlərini nəzərdə tutması şübhəsizdir. Xatırlatmaq yerinə düşərdi ki, Cənubi Qafqaz sülhün və tərəqqinin əldə edilməsi üçün Türkiyə prezidentinin məlun 3+3 formatı vardır, bu formatın həyata keçməsi isə ABŞ-ın və qərbin maraqlarına uyğun deyildir. Türkiyə, Rusiya, Azərbaycan, İran bu formatı birmənalı dəstəkləyir, Ermənistan mövqe bildirmir, Gürcüstan tərəddüd içindədir. Qaribaşvilinin də səsləndirdiyi yeni “Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü" ideyası ABŞ-dan gələn təxribatdır, məqsəd 3+3 ideyasına kölgə salmaqdır. ABŞ hər vəchlə “altılıq” formatına mane olmağa çalışır... Odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüşə gəlincə, bu görüş tək Rusiya- Ermənistan arasında olan ikitərəfli münasibətlərlə bağlı deyil. Sentyabr ayının 29-da Soçidə Rusiya prezidenti ilə Türkiyə prezidentləri arasında görüşün məntiqi nəticəsi kimi də anlaşıla bilər,. Belə ki, həmin görüşdə Cənubi Qafqazın gələcəyi barədə də müzakirələr olmuşdur. Rəsmi Moskva hər vəchlə Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə edilməsinə nail olmağa çalışacaq, bununla da ABŞ-ın və Qərbin Cənubi Qafqazdakı arzusunu puça çıxarmış olacaq. Ermənistanı da məlum “altılıq” formatına cəlb edə biləcək qüvvə məhz rəsmi Moskvadır...

Dinlədi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN