Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan  general-mayor Mövlam Şıxəliyevin istintaqa verdiyi ifadəsi məlum olub.

Tezadlar.az zərərçəkən Hüseyn Səfərova istinadla bildiri ki, Mövlam Şıxəliyev kimə arxayındırsa, ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir, ayrı-ayrı epizodlar üzrə danışarkən zərərçəkənlərin heç birini şəxsən tanımadığını, onlardan pul almadığını, yaxud pul almaq üçün öz işçilərinə göstəriş vermədiyini deyir. Məsələn, o, “Texnikabank”da iri məbləğdə depozitim olan iş adamı Hüseyn Səfərovun MTN-ə aparılaraq ondan 2 milyon dollar alınması epizodu üzrə danışarkən belə deyib:  “2015-ci ilin sentyabrında “Texnikabank”ın filial müdiri Zal Yusifov tərəfindən aldadılaraq 50 min manatı alınan bir nəfər şəxsin  barəsində Baş Prokurorluqdan ərizə daxil olmuşdu. Həmin ərizə ilə bağlı cinayət işi başlanıldı. Hüseyn Səfərov da həmin iş üzrə dindirilmək üçün istintaq baş idarəsinə dəvət edildi. Hüseyn Səfərovu həmin vaxt görmüşəm. Müstəntiq Vüsal Ələkbərova idarə rəisi kimi göstəriş verdim ki, istintaqı obyektiv aparsın. Hüseyn Səfərovla mənim heç bir münasibətim və əlaqəm olmayıb. Bir neçə dəfə bayramlarda zəng edib, məni təbrik edib. Bu danışıqlar zamanı hər hansı bir problemlə, o cümlədən pulla bağlı mənimlə söhbət etməyib. Müstəntiq Vüsal Ələkbərova Hüseyn Səfərovdan hər hansı bir məbləğdə pul istəməsi ilə bağlı göstəriş verməmişəm. Müstəntiqlə Hüseyn Səfərov arasında gedən söhbətlərdən xəbərim olmayıb. Vüsal Ələkbərov qanunun tələblərinə görə, sərbəst müstəqil şəxs olub, qəbul etdiyi qərarla görə özü məsuliyyət daşıyır”.

Qeyd edək ki, “MTN işi” üzrə bundan əvvəli məhkəmə proseslərində Hüseyn Səfərov Şıxəliyevin idarəsinə necə aparıldığı, təhdid edildiyi, ondan 2 milyon  dolların necə alındığı barədə bütün təfərrüatlar açıqlamışdı.

 M.Şıxəliyev digər zərərçəkən, iş adamı Mehrac Qurbanovdan da pul alınmasında rolu olduğunu inkar edib: “Müavinim Təhsin Ağayevlə Mehrac Qurbanov barəsində söhbətimiz olmayıb”.

General digər zərərçəkən,  iş adamı Elşən Mədətovu tanımadığını, sonuncunun onun əleyhinə verdiyi ifadələrin əsassız olduğunu söyləyib: “Belə bir adam tanımıram. Vüsal Ələkbərovla Elşən Mədətov barədə heç bir söhbətim olmayıb. O, ümumilikdə 250 min dolları MTN-in komendaturasından keçirə bilməzdi. Heç vaxt istintaqa müdaxilə etməmişəm. İstintaqa müdaxilə etmək vəzifəmə aid olmayıb. Rəis kimi vəzifəm yalnız təşkilatı tədbirləri həyata keçirmək olub. Elşən Mədətovla Vüsal Ələkbərovun arasında olan söhbətdən də xəbərim yoxdur”.

Ümumiyyətlə, M.Şıxəliyevin istintaqa verdiyi ifadə bütünlüklə faktların inkar edilməsi üzərində qurulub. Ötən məhkəmədə isə Şıxəliyev istintaqı ələ salmışdı və barəsindəki cinayət işini “bədii əsər” adlandırmışdı.

«Məlum oldu ki, hakim Elbəy Allahverdiyev vaxtilə MTN-də Mövlam Şıxəliyevin işçisi olub…»

«Məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyevin cinayətkar, müttəhim Mövlam Şıxəliyevə «Mövlam müəllim…» deməsi zərərçəkənləri şoka saldı, hamı ayağa qalxıb sərt etiraz etdi və…»

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışındadır və dünən növbəti məhkəmə prosesi baş tutub. Bu dəfə məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyev olub. Məhkəmə prosesində jurnalistlərin iştirakına qadağa qoyulduğundan (?) prosesi jurnalist olaraq izləyə bilmədim. Lakin məhkəmə prosesi başa çatandan sonra zərərçəkən Hüseyn Səfərovdan (Mövlam Şıxəliyev hədə-qorxu ilə ondan 2 milyon manat alıb) ekslüziv müsahibə aldıq:

-Hüseyn müəllim, bu dəfə məhkəmə prosesində nə baş verdi? MTN-nin «qoçu»ları ziyanı ödəmək fikrindədirmi?

- Mən məhkəmədə də dedim, nəhayət, cənab Prezidentin Paşinyanın və Ermənistanın başında çatlayan dəmir yumruğu bu korrupsionerlərin başında çatladı. Onlar bəlkə də o vaxt yatsalar yuxularına da girməzdi ki, bir gün o haqsızlıq onları dəmir «reşotka» arxasına salacaq… Ən dəhşətlisi budur ki, məhkəmə prosesindəcə məlum oldu ki, prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev vaxtilə MTN-də Mövlam Şıxəliyevin tabeliyində işləyib, işçisi olub… Ona görə də dünən prosesin gedişində nəyəin şahidi olsaq yaxşıdır?! Məhkəməyə sədrlik edən hakim Elbəy Allahverdiyev cinayətkar, müttəhim Mövlam Şıxəliyevə «Mövlam müəllim…» deyə müraciət etdi. Yaxşı, belə bir hakim  Mövlam Şıxəliyevə qarşı hansı ədalətli, obyektiv hökm çıxara bilər??? «Məhkəmə və hakimlər haqqında» Qanunda yazılıb ki, hakim qərarını özünün daxili inamı əsasında çıxarır. Hakim Elbəy Allahverdiyevin daxili inamı deməyəcək ki, vaxtilə rəhbəri olmuş bir adama 15 il azadlıqdan məhrumetmə cəzasını necə verirsən???

-Bilirsiniz ki, ortada 32 zərərçəkmişlər var. Müttəhimlər onların ziyanını ödəməyə razıdırmı?

-Məsələ ondadır ki, hakim Elbəy Allahverdiyev vaxtilə M.Şıxəliyevin tabeliyində işləməsini əməli ilə sübut etdi. O, 4 müttəhimin hamısına həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verdi. Biz vəsatət verdik ki, əksinə, onların hamısı həbs edilməlidir… Dedik, onlar çöldə olanda rahatlaşırlar, ziyanı ödəmək barədə düşünmürlər. Müttəhim Sahib Ələkbərov isə görün nə dedi: «Möhtərəm hakim, bizim hamımızın dövlətimiz qarşısında müstəsna xidmətimiz var, xahiş edirik həbs qərarı olmasın…». Mən bunu eşidəndə dərhal ayağa durub dedim: «Möhtərəm hakim, görürsünüz, onlar sahibkarlara divan tutub soymağı dövlətə xidmət kimi başa düşürlər. Deməli, onlar ömürlük həbs edilməlidirlər, çünki belə düşüncə ilə dövləti gözdən salıblar, dövlətə, cənab Prezidentin siyasətinə zərbə vurublar… Dedim, siz dövlətə xəyanət etmisiniz. Və əlimi yuxarı, onların başı üzərinə qaldırıb qışqıraraq dedim, baxın, cənab Prezidentin dəmir yumruğu sizlərin başında belə çatladı…». Hakim də məcbur olub Sahib Ələkbərova dedi ki, görürsünüz, siz elə deyirsiniz, onlar da qızışırlar… Yəni, sakit olun…

Bir daha deyirəm, hakim Elbəy Allahverdiyev  Mövlam Şıxəliyev MTN-də Baş İstintaq İdarəsinin rəisi olanda o, Mövlamın tabeliyində işləyib, işçisi olub. Belə bir hakim bu gün Mövlam Şıxəliyevin  məhkəməsinə necə sədrlik və hakimlik edə bilər??? Biz zərərçəkənlər cənab Prezidentə müraciət hazırlayırıq ki, hakim Elbəy Allahverdiyevi bu prosesdən kənarlaşdırsınlar…

***

Xatırladırıq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışındadır. Ortada çoxsaylı zərəçəkmiş sahibkarlar var. MTN-nin yüksək rütbəli şəxsləri sözün əsl mənasında sahibkarlara qənim kəsiliblərmiş. Onlar (32 nəfər) aşağıdakılardır: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı.

 İttiham AKT-ına görə, təqsirləndirilən keçmiş MTN-nin bu yüksək rütbəliləri sahibkarları qorxudub-həbs edib, hədə-qorxu gələrək pul tələb edib, külli miqdarda rüşvət alıblar. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində qətimkan tədbiri seçilib.

*** 

Bəli, hakimin bu günkü dindirmə taktikasından da görünür ki, Mövlam Şızəliyev nəsə çox arxayın danışır, törətdiyi əməlləri danır...

Dinlədi: A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA