20 manatlıq Nizamnamə kapitalı olan şirkət SOCAR tenderində bir ildə 100 dəfə iştirak edib və…

Bəs MMC-nin himayəçisi kimdir və SOCAR-ın indiki rəhbərliyi bu faktı niyə gözdən qaçırır???

«Təzadlar»ın Araşdırma Qrupunun ortaya qoyduğu araşdırma məqalələrinə bəzən aqressiv yanaşmalar olur. Daha doğrusu, sayta hücum, xakerlərin süni baxış sayı ilə saytı dondurma həddinə çatdırmaları və s. əngəllər… Amma bu işdə barmağı olanlar bilməlidir ki, məqsədimiz kiminsə həbsi, ciddi cəzalandırılması yox, dövlətimizin iqtisadi siyasətinə, maliyyə sütunlarına problem yaradan faktları aidiyyəti dövlət qurumlarına, eləcə də ölkənin birinci şəxsinə -Prezident İlham Əliyevin diqqətinə çatdırmaqdır.

Korrupsionerin necə və hansı qaydada cəzalandırılması da onların işidir. Məsələn, son günlər Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq da məhz bu təhlükələri görərək Dövlət Gömrük Komitəsində xüsusi əməliyyatlar həyata keçirməkdədir. Bir müddət əvvəl belə bir əməliyyatlar büdcəmizi talayan, vətəndaşların, iş adamlarının qəniminə çevrilən icra başçılarına qarşı keçirilmişdi və b udavam edir… Qısası, bizi anlamağı xahiş edirik… Və inanırıq ki, Dövlət Təhlükəsizlik Xidməti aşağıda təqdim ediləcək fakta və sənədlərə də həssaslıqla yanaşacaq, lazımi tədbirlər görüləcək…

 Bəs SOCAR-da «tender kralı» kimi ad çıxarmış «MONET» MMC-nin himayəçisi kimdir???

  Bu suala hələ iki ay əvvəl «Təzadlar»da adının çəkilməsini istəməyən HANS ANDERSON adlı mənbənin verdiyi məlumatlar əsasında hazırlanmış məqalədə cavab axtarmağa çalışmışdıq. Bu o mənbədir ki, «Təzadlar»dan aidiyyəti dövlət qurumlarına Hans Andersonun məlumatına istinadlı şikayətləri göndərmişdik və həm redaksiyaya, həm də mənbənin özünə, yəni Hans Andersona rəsmi cavab məktubu da göndərilmişdi (Məktubun surəti redaksiyamızdadır). Yazılırdı ki, tezliklə tədbir görüləcək.

***

 …Bu dəfə isə başqa bir suala, daha dəqiq desək, SOCAR-da bəzi yüksək vəzifəli şəxslər tərəfindən himayə edilən, cəmi 2 işçisi, 20 manat Nizamnamə kapitalı olan «Monet» MMC-nin  SOCAR-dakı «əl işinə» toxunacayıq.

 

 

 Beləliklə, Hans Andersonun dünən ənənəvi olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlıya (NHMİB) və «Təzadlar»a göndərilən məktubuna nəzər yetirək. H.Anderson Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova yazdığı və surəti «Təzadlar»a və NHMİB-yə göndərdiyi məktubunda belə bəyan edir: «İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarova

Hörmətli Mikayıl müəllim!

Bildirirəm ki, 2018-ci ildə «Monet» MMC 100 dəfə SOCAR-ın müəssisələri tərəfindən keçirilmiş satınalma əməliyyatlarında iştirak etmişdir. Bəli, cənab sədr, səhv deyil-100 dəfə!

2018-ci ildə istirahət və bayram günlərini çıxsaq, «Monet» MMC hər iki gündən bir satınalma əməliyyatlarında iştirak etmişdir. «Monet» MMC-nin 2018-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatları ilə 7 milyon 50 min 618 manatlıq müqaviləsi imzalamışdır. MMC-nin iştirak etdiyi 100 müsabiqədən 95-i formal olaraq təşkil edilmiş, seçmə isə müsabiqə metodu tətbiq olunmaqla keçirilmişdir.

Cənab sədr!

 Bildirirəm kim, «Monet» MMC 2013-cü ildə Şəmkir rayonunda qeydiyyata alınmışdır. SOCAR-ın satınalmalarında təchizat idarəsinin rəhbərliyi  tərəfindən idarə olunur. Rəhbərliyin göstərişinə əsasən heç bir qayda-qanuna əməl etməyən şirkət SOCAR-a müxtəlif mallar, daş, çınqıl, paltar, elektrik ləvazimatı, neft məhsulları və s. mallar satmışdır.

Cənab sədr! 20 manat Nizamnamə kapitalına məxsus və 2 nəfər işçisi olan bir şirkətin bu həcm və çeşiddə mal satması real deyildir. Xahiş edirik  tədbir görəsiniz.

Hörmətlə: SOCAR-ın kollektivi».

(Davamı var)

-Bəs «Monet» MMC-nin SOCAR-dakı himayəçisi kimdir?

-Həmin şəxs SOCAR-da hansı yüksək vəzifəni tutur?

«Təzadlar»ın Araşdırma Qrupu 

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA