Bu ilin iyulun 2-də Türkiyənin Bursa şəhərində keçirilən Tuvidxxl Gözəllik műsabiqəsində ilk əvvəlcə yarımfinal keçirilib. “Təzadlar”ın Türkiyə təmsilçisi Ş.Əhmədovun verdiyi məlumata görə, 25 iştirakçı arasından Azərbaycandan olan Mələk Quliyeva finala yűksəlib.

Qeyd edək ki, Azərbaycanlı gözəl eyni zamanda  modeldir. O əvvəllər  bir neçə brendlərin təqdimatında iştirak edib. Tűrkiyənin böyük şəhərlərindən olan İzmir, Muğlada mədəniyyət tədbirlərində iştirak edib, eləcə də bir çox reklamlarda yer alıb. 

Maraqlıdır ki, Tuvidxxl Brendi keçirilən müsabiqədə bőyűk qalmaqallığı ilə diqqəti çəkib. Belə ki, səsvermə zamanı műsabiqənin İdarə Heyətinin rəhbəri Vuralpekaslan və mùnsiflər heyətinin üzvləri olan Kemal Doğulu, Demet Şener, Mesut Yar, Muammer Ketençi, Damla Su Kaya və Mustafa Akkoyun aparacılığı, Vahe Kılıç Arslanın səs verməsi ilə müəyyənləşib. Mübahisəli keçən səsvermədə qəbul edilən yekun qərar da bu səviyyədə təsdiqlənib.

Onu da xatırladaq ki, Tuviddxxl Brendinin bu yarışmasında yarımfinalda 25 iştirakçı arasında finala seçilən podyumda iştirakçıları finala hazırlayan Yasin Koç qrupu olub. Elə műsabiqənin bu mərhələsində də gərginlik diqqəti çəkiç. Azərbaycanı təmsil edən Mələk Quliyevanın 3-cü deyil, 1-ci yerə layiq görülməsinə baxmayaraq onu 3-cü yerə layiq biliblər. 23 iştirakçı arasında 1-ci yerin qalibi Su Aydın, 2-ci yerin qalibi Ece Akova, 3-cü yerin qalibi isə Azərbaycanlı Mələk Quliyeva olub.

Nə deyək, seçimlərin bu cür sonunclanmasına çox rast gəlirik. O boyda Avropa ölkələrinin Evrovision mahnı yarışmasında baş verənlər unudulubmu? Xüsusən də sonuncu-bu ilki yarışmada Azərbaycana qarşı edilən ədalətsizliklər...

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA