booked.netbooked.net booked.net  

Tezadlar.az dünən “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) həbs olunduğu barədə məlumat yaymışdı... Jurnalistin-sayt rəhbərinin həbsinə dair DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir: “Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.
Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.
Beləliklə, sayt rəhbərinin həbsinin motivləri bəlli oldu... Təəssüf etməkdən başqa yol və seçim qalmır. Hər halda, bütün qaranlıq suallara istintaqda aydınlıq gətiriləcək.
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN