booked.netbooked.net booked.net  

Böyük şair Bəxtiyar Vahabzadənin vəfatına həsr edilmiş maddeyi-tarix

 Mohəmməd Əmin Soltan-ol-Qurrai, (Təbriz Universiteti ustadı, doktor)

Vətən eşqin başda mürur eyləyən     

Düzdi sözün dodağına Bəxtiyar.

Öz elinin dərdü qəmin, qayğısın         

Dolduraraq çanağına Bəxtiyar.

 

Çaldı müğənni vətənin mahnısın,        

İnci düzüb ocağına Bəxtiyar.

Abadladı söz bağını, eşq ola,               

Sarsılmayan yaprağına Bəxtiyar.

 

Bəsləyəli şe’rin, sözün, ağacın          

Qaxdı uca budağına Bəxtiyar.

Açdı çiçək, güldü sözün dəftəri,         

Düzdü çiçək yanağına Bəxtiyar.

 

Soraqlaşan varsa işin əncamın,           

Getdi sözü sorağına Bəxtiyar.

Batdı günəş, yandı vətən toprağı,        

Açdı qucaq toprağına Bəxtiyar.

 

Oldu vəfadar bu gün Rəbbinə,            

Çəkdi qolun fərağına Bəxtiyar.

Yazdı Əmin, vəfatını söylədi:             

“Getdin ana qucağına, Bəxtiyar”.

____________________                                                       

Miladi 2009 = 2010 – 1.

* Şeirin son misrasında böyük şairimiz  Bəxtiyar Vahabzadənin vəfatına həsr edilmiş maddeyi-tarix tərtib edilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN