Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlər indiyədək alyansın 30 ölkəsindən 23-ü tərəfindən ratifikasiya olunub.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Bir neçə saat əvvəl ABŞ Senatı üzvlük protokollarını ratifikasiya edib. Beləliklə, Finlandiya və İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən üzvlərin (alyans) sayı 23-ə çatıb", - Stoltenberq bildirib.

O, qeyd edib ki, bəzi NATO üzvləri də ratifikasiya üçün “öz milli prosedurlarını tamamlamağa yaxındırlar”.

"İndiyə qədər bu, NATO-nun müasir tarixində ən sürətli üzvlük prosesi olub", - alyansın baş katibi əlavə edib.

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bu ölkələrə xəbərdarlıq edərək bildirib ki,  "Şimali Avropa ölkələri terrorla bağlı ötən ay verdiyi vədləri yerinə yetirməsə, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü donduracaq".

 Xatırladaq ki, skandinaviya ölkələri terrorizmlə mübarizə məsələsində Türkiyə ilə sıx əməkdaşlıq etmək barədə öhdəlik götürüblər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA