Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, görüş saat 16:00-da başlayıb. Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir. Məlumata əsasən, görüşdə Suriyadakı vəziyyət, Ukrayna Rusiya müharibəsi, regiondakı geosiyasi vəziyyət və iki ölkə arasında mövcud əlaqələrin inkişafı məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd və meşə təsərrüfatı naziri Vahit Kırışçı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın, Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir müşayiət edir.

Xatırladırıq ki, bu görüş dünya ölkələri rəhbərlərinin xüsusi diqqətindədir. Ehtimal var ki, görüşdə Ukrayna müharibəsinin dayandırılması mümkün ola bilər...

A.Məmmədli