Avropa parlamentariləri Endryu Kubilius və Rasa Yukneviciane, Rusiya-Gürcüstan müharibəsinin 14-cü il dönümü ilə bağlı bəyanat yayıblar.

Tezadlar.az xəbər verir ki, parlamentarilər bir sıra məsələlərə diqqət çəkiblər. Onların sözlərinə görə, 2008-ci il avqustun 7-də başlayan hadisələr Rusiyanın səbəbsiz müharibəsinin ilk nümunəsi olub, ardınca Krımın ilhaqı və Ukraynada genişmiqyaslı müharibə baş verib. Kubilius və Yukneviciane bildirib ki, keçmişdən dərs çıxarılmalı və Kremlin əsas məqsədinin Gürcüstanın Qərbə doğru getməsinə mane olmaq olduğunu anlamalıyıq. Avropa Parlamentinin deputatları bəyanatda Bidzina İvanişvilinin Gürcüstan demokratiyasına mənfi təsir etdiyini və hökumətin İvanişvilinin oliqarx olmadığı barədə tez-tez danışmasının elə onun oliqarx olmasına sübut olduğunu bildiriblər.. Onların fikrincə, demokratik cəmiyyət Gürcüstana Aİ-yə üzvlük yolunda bütün lazımi dəstəyi və stimulları verməlidir ki, o, daxili siyasi parçalanmalara qalib gəlsin, deoliqarxizasiyaya və depolarizasiyaya nail olsun.