Prezident kimisə yüksək vəzifəyə təyin edir, tapşırıq verir, ilk sözü korrupsiyadan uzaq olmaq olur...

Məmur da xalqın və Prezidentin gözü qarşısında söz verir ki, imam övladı olacaq, ətəyində camaat namaz qılacaq... Amma bu nə olmuş... məmur bir müddət sonra Əzrayılın bacısı oğlu kimi peyda olur: nə xalqı tanıyır, nə Prezidentin tövsiyyəsini, nə də vicdanı... Budur, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə 13 milyon manatdan artıq ziyan dəyib. Sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib. Və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini tələb edib.

***

Yaxşı, Səlim Müslümov, maaşın yüksək, imtiyazın super, evin, bağın, katibələrin... Hansını deyək?! Noolmuşdu? Bəs deyildi???

A.Məmmədli


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA