Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə saxlanılan Mixeil Saakaşvili fevral ayının sonlarından aktiv şəkildə davam edən Rusiya-Ukrayna müharibəsi barədə danışıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Saakaşvili sosial media hesabı vasitəsilə bu barədə paylaşım edib. Onun sözlərinə görə, müharibə 10 ay müddətində Ukraynanın tam şəkildə qələbəsi ilə sona çatacaq. SİTAT: “Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı mənim qiymətləndirməm: Bu günədək artıq 1800 tank məhv etmişik. Orta hesabla gündə 5 tank məhv edirik. Məncə, (Rusiyanın) hücum potensialını tamamilə aradan qaldırmaq üçün 3000-3500 tank məhv etmək lazımdır. Bu temp qorunsa - bunun üçün 240-300 gün lazım olacaq. Deməli, hər gün rəqib üçün daha da çətin olur. Xerson hücumu elan edildikdən sonra, onlar bu istiqamətdə 25 000 nəfərədək adam topladılar. Onların Nikolayevə hücum edə biləcəyi barədə də məlumatlar var. Hesab edirəm ki, bu, dəlilikdir - Çünki bu, çox çətin bir iş olacaq və onlar (ruslar) buna görə çox ağır bir bədəl ödəməli olacaqlar. Hərbi rəhbərliyin (Ukrayna tərəfinin) tələsməməsi mənim xoşuma gəlir - ona görə də döyüş meydanında onlar az sayda səhvə yol verirlər. Ən pessimist ssenaridə Ukraynaya yekun olaraq tam qələbə üçün 10 ay vaxt lazım olacaq. Hymars döyüş meydanına ciddi dissonans gətirdi - hər gün orta hesabla 5 anbar və 1-2 nəzarət nöqtəsi Hymars tərəfindən məhv edilir. Rus artilleriyasının işi 3,5 dəfə azalıb. Yeni yardım paketi ilə amerikalılar bizə (Ukraynaya) Rusiyanın zenit sistemlərini məhv etmək və təyyarələri vurmaq üçün çox vacib raketlər veriblər”.

***

Ukrayna cəbhəsində isə müharibə hələ də davam edir. Əvvəlki zamanlarda işğal etdiyi əraziləri sonradan əldən verən Rusiya artıq üzbəüz döyüşə deyil, uzaq məsafələrdən Ukrayna ərazilərini raket zərbəsinə məruz qoymağa üstünlük verir. Bu isə əsasən mülki obyektləri vurmaqdır və əhalinin panikaya salınaraq yaşayış məntəqələrini tərk etməyə hesablanıb. Müharibənin dayandırılması üçün Türkiyə prezidenti R.T.Ərdoğanın cəhdləri isə hələki gözlənilən nəticəni vermir, Rusiya sülhə gəlmək istəmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA