Sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbiləşdirilmiş qurumlardan birinin kabinetlərində iş zamanı rəhbər vəzifəli əməkdaşların etikadan kənar işlərlə məşğul olmalarına dair görüntülər yayılıb.

Məlum olur ki, bu əməlin "baş qəhrəmanı" FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Fizuli Əsədovun koməkcisi, polkovnik Zaur Mirzəyevdir. Qadın isə məxfi şöbənin rəisidir... Hansı ki, Fizuli Əsədov kecmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır. Hazırda bu əməlinə görə yaxalanan Zaur Mirzəyev isə onların yaxın qohumudur. Cəmi 10 il ərzində qardaşların dəstəyi ilə Zaur Mirzəyev polkovnik rütbəsinə kimi yüksəlib. 

Və məlum olur ki, Zaur Mirzəyev generalın köməkçisi statusundan sui-istifadə edərək qadınları yoldan çıxarırmış və bu qeyri-etik əməli özü, məhz özü gizli çəkib sonra məzələnirmiş, yaxud özünü kimlərəsə göstərirmiş

Sual yaranır: rəis-generalın doğrudanmı köməkçisinin bu sarsax əməlindən xəbərsiz imiş?! İnanmaq mümkünsüzdür... Yazıq o qadınların həyatına və özünə, ailəsinə, qohumlarına...

***

Bütün hallarda FHN-nin- bu dövlət qurumunun adına və orada çalışan ləyaqətli, mədəni, tərbiyəli... işçilərinin ümumi imicinə ağır zərbə vuran Zaur adlı polkovnikin məlum əməli gec də olsa hüquqi qiymətini almalıdır...

A.Məmmədli

P.S.Görün hələ nə qədər insan şübhələrini sərgiləyəcək... Dərd budur...

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA