İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. sitat: "Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib".

Təbii ki, belə də olmalı idi. Çünki Azərbaycanın 44 günlük Zəfər müharibəsindən sonra dünya ictimaiyyəti də anladı ki, erməni mifi feykdir, yəni saxtadır... 

A.Məmmədli