Azərbaycan cəmi 44 günə yazdığı tarixi indi dünyaya görk etməkdədir...

Fakt: Bu gün Azərbaycan ordusu tarix yazır. Budur, Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçən dəhliz artıq sabahdan ermənilər üçün keçilməz olacaq. Bu tarixi ərazilərimiz Azərbaycana təhvil verilir. Rusiya sülhməramlıları isə blok-postlarını bu yoldan çıxarır. İnanırıq ki, yaxın vaxtlarda digər ərazilərimizdə qanunsuz məskunlaşan ermənilər də çıxarılacaq və həmin ərazilər qanuni sahiblərinə geri qaytarılacaq. Zaman Azərbaycanın xeyrinə işləyir! Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!!! Yaşasın, Türkiyəmiz!!! 

*** 

Bəli, tarix yazılır... O tarixə pozu olmamalıdır! Tarixdə erməni zülmlərini dəfələrlə unutmuşuq. Amma bu son olmalıdır və indi zülmkara zülm etməyin zamanı gəlib... Tarix də, dünya da Azərbaycanladır!

A.Məmmədli