Xəbər verdiyimiz kimi, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın “1+1” verilişində Azərbaycan əleyhinə gözlənilməz açıqlama verib.

Sitat: "...Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar bütün hallarda ABŞ-a xəyanət etməyəcəklər. Mən çox istərdim ki, demokratiyaya gedən yolda hansısa təbii qaz faktoru önə çəkilməsin. Ruslar öz məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Necə ki onlar ermənilərə xəyanət etdilər və Azərbaycana imkan verdilər ki, öz torpaqları zənn etdikləri ərazilərə girsinlər”.

Tezadlar.az Ukraynanın «Qordon» (Gordonua.com) saytının həmin yazısından sitat kimi də təqdim etmişdir.

«Təzadlar» qəzetinin baş redaktou, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Danilovun həmin açıqlamasına cavab verib. Jurnalist adı çəkilən saytın yayımlanan məqaləsinin şərh bölməsində Danilovun cavabını verib. Sitat: «Doğrudanmı bunu Danilov deyib? Əgər belə deyibsə, deməli, Krım doğrudan da Rusiyanın ərazisidir... Danilov statuslu şəxsdir və heç olmasa internetə girib görə bilər ki, Qarabağ Azərbaycandır və ermənilər Qarabağa 1828-ci ildən İran və Türkiyədən köçürülüb...». («Неужели Данилов это сказал? Если он так сказал, то Крым действительно Российская территория... Данилов - человек статусный и по крайней мере может выйти в интернет и посмотреть, что Карабах - это Азербайджан и армян переселили в Карабах из Ирана и Турции с 1828 года...»).

Xatırladıram ki, Asif Mərzilinin bu cavabı daha geniş formada Ukraynanın Prezident Administrasiyasına və Danilovun rəhbəri olduğu Şuranın Aparatına göndərilib.

Bəli, bütün hallarda Azərbaycan XİN statuslu bir şəxsin bu açıqlamasına aydınlıq gətirilməsini tələb etməlidir və Ukraynanın Azərbaycandakı Səfirliyi mövqeyini bildirməlidir. Bu da həmin məqalənin linki: https://gordonua.com/ukr/news/war/danilov-ja-tochno-znaju-shcho-nas-ne-zradit-velikobritanija-ssha-ne-zradjat-i-ja-duzhe-hotiv-bi-shchob-na-dorozi-demokratiji-stav-jakijs-gaz-1623371.html

*** 

Bu da Danilovun Ukrayna dilində olan açıqlamasından sitat: "...Данілов зазначив, що дуже не хотів би зради з боку країн ЄС через здорожчання палива чи інші обставини. "Я точно знаю, що цього не зробить Великобританія, точно не зрадять США, я дуже хотів би, щоб не сталося так, що на дорозі демократії стане якийсь газ. Це росіяни можуть так поводитися: вони так зрадили вірменів – Азербайджан зайшов на ту територію, яку вважає своєю, ви бачите, що сьогодні росіяни зрадили Сирію, там відбуваються певні процеси. Я дуже не хотів би, щоб Європа з нами так поступила. Але, гадаю, цього не буде, тому що світ за цим спостерігає", – додав секретар РНБО".

JASMİN