Özünün psixoloqa ehtiyacı olan "pedaqoqlar"ın kimliyi araşdırılaraq tapılıblar. 

Paytaxtda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

“Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir”, - Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, qan donduran görüntüləri həyəcansız izləmək olmur: danışma ləngiməsi olan uşaqların saçı yolunur, döyülür, ağlamağa məcbur edilirlər...

Hiss olunur ki, dırnaqarası loqoped-psixoloqlar uşaqların danışa bilməməsindən - valideynlərinə şikayət etməyəcəklərindən istifadə edərək onlara işgəncə verirlər, aşağılayırlar. 

...Təəssüf ki, son illər uşaqların bir çoxunda nitq ləngiməsi problemi çoxalmağa başlayıb. Bundan istifadə edən bəzi fürsətçilər belə "reabilitasiya" mərkəzləri açıb, kim gəldi ora cəlb edirlər. Əlacsız valideynlər isə belə mərkəzlərə üz tutmaq məcburiyyətindədilər. Bu faktın təkcə bir mərkəzdə olması isə şübhə doğurur. 

Yəqin ki, əlaqədar qurumlar bu tip müəssisələrin fəaliyyətini təcili olaraq nəzarətə götürməlidirlər. Belə yaramazlığı törədənlər isə layiqli cəzalarını almalıdırlar ki, başqalarına da dərs olsun!

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:

https://ok.ru/video/4080168012500

 

JASMİN