Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlar keçirdiyi Xarkov vilayəti ətrafına yeni qüvvələr yerləşdirir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Britaniya kəşviyatı məlumat yayıb. Bildirilib ki, Rusiyanın Müdfiə Nazirliyi sentyabrın 9-da bunu əks etdirən videomaterial yayıb. Rəsmi videoda zirehli texnika, xüsusi avtotexnika karvanı və başqa hərbi texnikanın daşınması görünür.

Dünən Zelenski Ukrayna hərbçilərinin Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini açıqlayıb. Götünür, Rusiya Müdafiə Nazirliyi vəziyyəti dəyişməyə çalışır, amma vəziyyət gərgin olaraq qalır. Ruslar döyüşməmək üçün ölkəni tərk edirlər. O dərəcədə ki, Gürcüstan rəhbərliyi ölkəsinə gələn ruslara kütləvi qadağa qoyub.

A.Məmmədli